Oğuzda qanunsuz kömür istehsalının qarşısı alınıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:59 İki günlük körpənin xəstəxanada naməlum ölümü  |     22:51 Parisdə mitinq iştirakçıları Makronun istefasını tələb ediblər  |     22:29 Zaqatalada yol qəzası zamanı xəsarət alan beş nəfərin kimliyi məlum olub - FOTO - YENİLƏNİB  |     22:17 Parisdə keçirilən aksiyada Avropa İttifaqının bayrağı cırılıb  |     21:51 Tramp Zukerberqi “sui-qəsddə” günahlandırıb və onu həbsxanaya göndərməklə hədələyib  |     21:47 Durovun saxlanılması hücumun bir hissəsidir - Filippot  |     21:17 İran prezidenti bu axşam ilk dəfə xalqa müraciət edəcək  |     21:10 Alimlər Yerin yaxınlığında üçüncü qlobal sahə tapdı  |     21:02 Qazaxıstanda dörd nəfər şaxtada zəhərlənərək ölüb  |     20:52 Sentyabrın 3-də bu ərazilərdə su olmayacaq  |     20:44 700 bal toplayan, yoxsa olimpiya çempionu? - Elə cavab verdi ki...  |     20:34 Qış parkında yay günü eskalatorları niyə "don vurdu"?  |     20:26 Paris-2024: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb  |     20:18 Lənkəranda qonşular arasında dava düşüb, 5 nəfər xəsarət alıb  |     20:06 İmişlidə müəllim intihar edib  |     19:46 XİN rəsmisi: Azərbaycanın İtaliyadan silah aldığı barədə iddia həqiqəti əks etdirmir  |     19:33 Ayxan Hacızadə: Azərbaycanla Ermənistan Konstitusiyası arasında paralellik və bərabərlik yaratmaq cəhdi qəbuledilməzdir  |     19:23 Bakıda 18 yaşlı qız binadan yıxılıb öldü  |     19:10 UEFA Çempionlar Liqasının yeni formatdakı oyunlarının SİYAHISI - FOTO  |     18:29 Bakıda 17 yaşlı qız itkin düşdü  |    

Oğuzda qanunsuz kömür istehsalının qarşısı alınıb

Oğuz Rayon Polis Şöbəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər zamanı rayonun Muxas kəndi ərazisində qanunsuz yolla ağac kömürü istehsal edən quyular aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxsin kənd sakini Ş.Əkbərov olduğu müəyyən edilib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci (dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən, habelə dövlət ekoloji ekspertizasının rəyi ilə ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə) maddəsi ilə protokol tərtib edilib.

Kömür quyularının isə üzəri torpaqla örtülərək fəaliyyəti dayandırılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 422 08.12.23 19:34