Goranboyda mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:59 Sabah Olimpiadada hansı idmançılarımız mübarizəyə qoşulacaq?  |     17:45 Azərbaycanda mikroavtobus vəzifəli şəxsi vurub öldürdü  |     17:23 Azərbaycan minimum əməkhaqqı 600 manat olacaq? - AÇIQLAMA  |     17:21 Ermənilər daha bir mahnımızı oğurladılar: Araşdırma başlandı - FOTO / VİDEO  |     17:18 Azərbaycanda bir kəndə giriş-çıxış bağlandı - SƏBƏB  |     17:16 Qubada DƏHŞƏT: Ata oğlunun asılmış meyitini tapdı  |     15:47 31 yaşlı kişinin meyiti tapıldı  |     15:42 Dələduzluğa görə axtarılan doqquz nəfər saxlanılıb  |     15:22 Azərbaycanda 87 nəfərin deputatlığa namizədliyi qeydə alınıb  |     15:19 "Kurtlar Vadisi"nin məşhur aktyoru öldü  |     15:18 Qubadlıda ağır qəza: Xəsarət alanlar var  |     15:17 Ahıl vətəndaşların 43 min manatını mənimsəməkdə təqsirləndirilən şəxs saxlanıldı  |     15:15 Tanışların mübahisəsi bıçaqlanma ilə bitdi  |     15:03 Zaxarova Paris-2024-ün açılış mərasimini tənqid etdi  |     14:57 İranın yeni seçilən prezidentinin sabah andiçmə mərasimi keçirləcək  |     14:50 Paris-2024: Azərbaycan avarçəkəni 1/4 final mərhələsinə vəsiqə qazanıb  |     14:49 Paris-2024: Növbəti cüdoçumuz da mübarizəni dayandırdı (YENİLƏNİB)  |     14:47 Ağadadaş Ağayevin son durumu açıqlandı: "Əgər səhhəti əl versə..."  |     14:46 Bakıda xanım sürücünün maşınından çantasının oğurlanma görüntüləri - VİDEO  |     14:45 Meşədə çətənə yetişdirən şəxs saxlanılıb  |    

Goranboyda mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Goranboyda mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Goranboy Rayon Polis Şöbəsinə rayon ərazisindəki mağazalardan birindən oğurluq edilməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı naməlum şəxs və ya şəxslərin gecə saatlarında mağazanın qapısını sındıraraq içəri daxil olması və oradan 100 manat nağd pul və 2 911 manat dəyərində müxtəlif satış məhsullarını oğurlaması məlum olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş rayon sakini, Elçibəy Fətullayev maddi sübutların bir qismi ilə birlikdə saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı RPŞ-nin İstintaq və Təhqiqat Bölməsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 050 01.12.23 17:29