Xəzərin səviyyəsinin azalması limanların işinə problem yaradıb? – RƏSMİ AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Bu ölkədə şahmat qadağan edildi  |     22:50 Temperatur 4-6 dərəcə aşağı enəcək – XƏBƏRDARLIQ  |     22:45 1 manat 18 qəpiyə gələn meyvə bizə 5 manata satılır  |     22:38 Yaponlar indi də çamurdan ət hazırlayacaq  |     22:29 Dünyada bu ilin ən populyar avtomobili AÇIQLANDI  |     22:24 Azərbaycanda bu siqaretlər bahalaşır - MƏBLƏĞ  |     22:18 Nadir brilyant hərraca çıxarılacaq  |     22:13 Əcnəbilər ƏDV-ni geri ala bilərlərmi?  |     22:05 Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır  |     22:00 Liftlərdə güzgü niyə olur? - Cavab düşündüyünüz qədər sadə deyil!  |     21:54 Qeyri-adi təbiət hadisəsi: Bostona yağan qırmızı qarın arxasındakı qaranlıq həqiqət  |     21:45 PFL prezidentinin əməliyyatı təxirə salınıb, bərpa prosesi davam etdiriləcək  |     21:40 MN-in milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi əmlakları ilə bağlı şikayət etdi  |     21:32 Yasamalda qəbirlər başqalarının dəfni üçün təklif edilir? - VİDEO  |     21:26 Dahilər daha çox hansı ailələrdə böyüyür? - Alimlərdən təəccübləndirən araşdırma  |     21:19 9,3 milyon mənimsəmədə ittiham olunan polkovnik-leytenant əmlaklarını geri istəyir  |     21:14 Ən bahalı 10 azərbaycanlı futbolçu (SİYAHI)  |     21:05 Çindən Azərbaycana idxal edilən kürülər bazarda neçəyə satılır? - VİDEO  |     20:59 Gəncədə avtomobilin vurduğu piyada xəstəxanada ölüb  |     20:51 Türkiyə Superliqası klubu baş məşqçisi ilə yolları ayırıb  |    

Xəzərin səviyyəsinin azalması limanların işinə problem yaradıb? – RƏSMİ AÇIQLAMA

Dünya Bankının yaydığı son xüsusi hesabata görə, Xəzər dənizinin səviyyəsinin azalması 2023-cu ildən sonra da davam edərsə, limanların istehsalat gücü təhlükə altına düşəcək. Xüsusilə də bu Aktau və Ələt limanlarına aiddir.

Qeyd olunub ki, hazırda dəniz səviyyəsi xüsusilə aşağıdır:

"Bu da limana yaxınlaşmalarda naviqasiya və yanalma körpülərində gəmilərin istismarı ilə bağlı problemlərin artmasına səbəb olur. Xəzərdə bir çox gəmilər artıq tam gücü ilə işləyə bilmir. Bu azalma tendensiyası 2023-cü ildən sonra da davam edərsə, bu, xüsusilə Aktau və Bakı-Ələt limanlarının aşırma imkanlarına xələl yetirəcək və onları risk altında qoyacaq".

Median.Az xəbər verir ki, DB-nın bu proqnoz ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"nın (Bakı Limanı - "Port of Baku") mətbuat xidmətinin rəhbəri Elmar Həbibli, hazırda Xəzər dənizinin səviyyəsinin azalmasının Bakı limanının işinə elə də ciddi təsir etmədiyini bildirib:

"Amma azalma bu şəkildə davam edərsə, limanda əlavə dib dərinləşdirmə işlərinin görülməsinə ehtiyac yarana bilər. Bakı limanı dənizdə ən müasir və ən dərin limanlardan biridir. Buna görə də gəmilər və iri tankerlər limana daxil olurlar".

Onun sözlərinə görə, bu günə qədər də gəmilərin limana yan alması zamanı hansısa probem yaşanmayıb:

"Bakı limanının iki fərqli ərazidə terminalı var. Bunlardan biri Dübəndi qəsəbəsi ərazisindəki neft terminalıdır və gəmilər bura da rahat daxil ola bilirlər. Digəri isə Ələt qəsəbəsində yük gəmilərinin qəbul edildiyi böyük bir terminaldır.

Burda da dib dərinliyi yetərincədir və dibə oturumluğu böyük olan gəmilər belə, limana rahat şəkildə yan ala bilirlər.

Üstəlik, liman bərə rolo terminalları, hidravlik asqılı körpülərlə də təmin edilib. Bununla da, gəmilərin ölçüsünə uyğun şəkildə tənzimlənir, yük boşaltma və yükləmə işi rahat şəkildə icra olunur". скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 374 29.11.23 21:25