Mojo.az Banner
13:08 Kollegiyadan qovulan vəkil həbs edildi  |     12:33 Qəbələdə QƏZA: Ölən və yaralanan var  |     12:26 Siqaret çəkməklə depressiya arasında əlaqə aşkar edildi  |     12:16 Banklardan kredit götürənlərin NƏZƏRİNƏ: Yaxın dövrdə nə gözlənilir? (Video)  |     12:10 Azərbaycanda rənglənmiş portağallar satılır? - AQTA rəsmisindən CAVAB  |     12:02 Bakıda məşhur hoteldə ofisiant öldürüldü - FOTO  |     11:46 Platinin qiyməti ilk dəfə 2800 dollar həddini keçdi  |     11:36 Pirəkəşkül və Ağdərədə partlayışlar olacaq - XƏBƏRDARLIQ  |     11:35 Samuxda doqquz yaşlı oğlan boğulub öldü  |     11:19 Abşeronun bəzi ərazilərində dörd saat işıq olmayacaq  |     11:09 Bakıda 75 yaşlı qadın şadlıq sarayında ölüb  |     23:02 Hər gün yoqurt yesəniz, bağırsaqda nə baş verər?  |     22:54 Goranboyda minik maşını traktora çırpıldı, xəsarət alan var  |     22:48 Məsumə Babayevanın dəfn yeri və vaxtı məlum oldu  |     22:40 İraq əcnəbi məhbusları ölkələrinə təhvil verəcək  |     22:36 Azərbaycana 13 manata gətirilib, 41-60 manat arası satılır  |     22:29 Neftçalada yanvar faciəsinin şahidi: Əsgərlərin vəhşiliyini sözlə ifadə etmək çətindir  |     22:24 Şirvanda 36 yaşlı şəxs toyda tanımadığı şəxs tərəfindən bıçaqlanıb  |     22:06 Qusarda 22 yaşlı gənc faciəli şəkildə həyatını itirdi - TƏFƏRRÜAT (Video)  |     21:58 Qurban Qurbanov: "Bəhlula Çin klublarından təkliflər var"  |    
Left Banner
Right Banner

Məktəblərdə kamera görüntülərinin gizlədilməsi iddialarına aydınlıq gətirilib

28.11.2023 13:21 2 205
Məktəblərdə kamera görüntülərinin gizlədilməsi iddialarına aydınlıq gətirilib
Məktəblərdə kamera görüntülərinin gizlədilməsi ilə bağlı iddialara aydınlıq gətirilib.

APA xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov “Effektiv kommunikasiya” mövzusunda keçirilən seminarda məlumat verib.

O bildirib ki, iddia edilən kimi kamera görüntülərinin gizlədilməsi faktı varsa, həmin müəssisələrin rəhbərləri cəzalandırılmalıdır:

“89 saylı məktəbdə baş vermiş hadisə ilə bağlı araşdırma yekunlaşdıqdan sonra biz bu məsələni gündəmdə saxlayacağıq”.

Eşqi Bağırov qeyd edib ki, agentliyin tabeliyində 6 minə yaxın müəssisə var və qısa zamanda hamısında kameraların qoşulması üçün kifayət qədər resurs yoxdur:

“Arzularımız və resurslarımızın üst-üstə düşməməsi məsələsi var. Arzumuz odur ki, bütün müəssisələrimizdə kamera olsun. “Məktəblinin dostu” layihəsi çərçivəsində 200-ə yaxın məktəbdə kamera quraşdırılıb. Bu il Gəncə və Lənkəran şəhərləri də bu layihəyə qoşulacaq. Həmin regionların məktəblərində də kameraların quraşdırılmasına başlanılacaq”.скачать dle 11.3