Mojo.az Banner
23:01 Beyləqanda kanalda bir nəfər batıb  |     22:54 İsrail "Hizbullah"ın elit bölməsinin komandirini MƏHV ETDİ  |     22:48 Bakıda müəllim küçədə yatdı, hər şeyi oğurlandı  |     22:44 Sərnişinlərin NƏZƏRİNƏ: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi  |     22:42 Bakı-Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var  |     22:20 Azərbaycan pasportunun dünya reytinqindəki yeri açıqlandı  |     22:12 Qatlana bilən “iPhone Ultra” ilə bağlı diqqətçəkən iddia  |     22:08 Kartofun üzərindəki izlərə DİQQƏT EDİN – Zəhərlənə bilərsiniz  |     22:04 Mərakeşdə yüzlərlə miqrantın İspaniya anklavına daxil olmasının qarşısı alındı  |     21:57 Avropanın nəhəng çayı quruyur: Su səviyyəsi ANTİREKORD həddə  |     21:28 Bakı metrosunda xətlər ayrılır: İnterval nə qədər azalacaq? - Video  |     21:25 Azərbaycana payız bu tarixdə daxil olacaq  |     21:20 Azərbaycan XİN İndoneziyaya başsağlığı verib  |     21:13 Astarada 60 yaşlı kişi əncir dərərkən öldü  |     21:07 Türkiyədə ağır cinayətlərə görə axtarılırdı: Bakıda SAXLANILDI  |     21:00 "Turan Tovuz" - "Fənərbağça" oyununun məkanı və vaxtı bilindi  |     20:55 Türkiyənin süni intellektlə çəkilən serialı təqdim olundu - VİDEO  |     20:46 İlk dünya çempionu olan boksçu vəfat etdi  |     20:41 Xərçəngə səbəb olan qidalar - SİYAHI  |     20:34 Cənubi Koreya Kim Çen Ina barışıq əli uzatdı  |    
Left Banner
Right Banner

Neftçalada yanvar faciəsinin şahidi: Əsgərlərin vəhşiliyini sözlə ifadə etmək çətindir

24.01.2026 22:29 624
Neftçalada yanvar faciəsinin şahidi: Əsgərlərin vəhşiliyini sözlə ifadə etmək çətindir
Axşam saat 7 radələrində binanın qarşısındakı küçəyə tanklar, BTR-lər gəldi. Boydan uca, əli silahlı insanlar peyda oldu. Binanı birbaşa atəşə tutdular.

Bunu "Report"un Aran bürosuna Neftçala rayonunun Bankə qəsəbəsinin sakini, 1990-cı il yanvarın 25-də baş verən hadisələrin şahidi Sevil Dadaşova danışıb.

Qeyd edək ki, Bakıda 1990-cı il 20 Yanvar qətliamından sonra sovet qoşunları respublikanın bir sıra regionlarına yönələrək, oralarda da qırğınlar törədiblər.

S.Dadaşova danışıb ki, güllələr binanı dəlik-deşik etmişdi:

"Hamı qorxu içində mənzillərdə ağzı üstə döşəməyə uzanmışdı. Başımızı qaldıra bilmirdik. Güllələr sanki yağış kimi yağırdı".

Şahid qeyd edib ki, həmin gün dinc sakinlərə qarşı vəhşiliklər törədilib:

"Biz o gün elə acınacaqlı həyat yaşadıq ki, sözlə ifadə etmək çətindir. Belə vəhşiliklər nə görmüşdük, nə də yaşamışdıq. Amma yaşadıq".

Onun sözlərinə görə, hadisələr zamanı evinə ərzaq alıb qayıdan Nurəddin Ağahüseynov "Zaporojets" markalı avtomobilində başından güllə ilə vurularaq qətlə yetirilib.

Həmin gün Sevil Dadaşova üçün şəxsi faciə günü də olub. Belə ki, nişanlısı Əbülfəz Cəfərov sovet hərbçiləri tərəfindən vəhşicəsinə qətlə yetirilib. Onun barmağı əsgərlər tərəfindən kəsilərək nişan üzüyü götürülüb.

Sevil Dadaşova hazırda güllə izlərini daşıyan binanın onlar üçün xüsusi mənəvi anlam kəsb etdiyini vurğulayıb:

"Bu gün güllələnmiş həmin 5 mərtəbəli bina yanvar faciəsinin canlı şahidinə çevrilib. Bu bina bizim üçün tarixi bir yaddaşdır".

Xatırladaq ki, 1990-cı ilin yanvar hadisələri zamanı Neftçala rayonundan, o cümlədən biri Bakıda olmaqla, üç nəfər şəhidlik zirvəsinə ucalıb, on nəfər isə müxtəlif dərəcəli xəsarətlər alaraq əlil olub.скачать dle 11.3
Mojo.az Banner