Əli Əsədov BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının icraçı katibi ilə görüşüb » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Bu ölkədə şahmat qadağan edildi  |     22:50 Temperatur 4-6 dərəcə aşağı enəcək – XƏBƏRDARLIQ  |     22:45 1 manat 18 qəpiyə gələn meyvə bizə 5 manata satılır  |     22:38 Yaponlar indi də çamurdan ət hazırlayacaq  |     22:29 Dünyada bu ilin ən populyar avtomobili AÇIQLANDI  |     22:24 Azərbaycanda bu siqaretlər bahalaşır - MƏBLƏĞ  |     22:18 Nadir brilyant hərraca çıxarılacaq  |     22:13 Əcnəbilər ƏDV-ni geri ala bilərlərmi?  |     22:05 Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır  |     22:00 Liftlərdə güzgü niyə olur? - Cavab düşündüyünüz qədər sadə deyil!  |     21:54 Qeyri-adi təbiət hadisəsi: Bostona yağan qırmızı qarın arxasındakı qaranlıq həqiqət  |     21:45 PFL prezidentinin əməliyyatı təxirə salınıb, bərpa prosesi davam etdiriləcək  |     21:40 MN-in milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi əmlakları ilə bağlı şikayət etdi  |     21:32 Yasamalda qəbirlər başqalarının dəfni üçün təklif edilir? - VİDEO  |     21:26 Dahilər daha çox hansı ailələrdə böyüyür? - Alimlərdən təəccübləndirən araşdırma  |     21:19 9,3 milyon mənimsəmədə ittiham olunan polkovnik-leytenant əmlaklarını geri istəyir  |     21:14 Ən bahalı 10 azərbaycanlı futbolçu (SİYAHI)  |     21:05 Çindən Azərbaycana idxal edilən kürülər bazarda neçəyə satılır? - VİDEO  |     20:59 Gəncədə avtomobilin vurduğu piyada xəstəxanada ölüb  |     20:51 Türkiyə Superliqası klubu baş məşqçisi ilə yolları ayırıb  |    

Əli Əsədov BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının icraçı katibi ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 24-də BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molçan ilə görüşüb.

Nazirlər Kabinetindən "Report"a bildirilib ki, görüşdə Bakıda keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) Həftəsinin əhəmiyyəti vurğulanıb, UNECE-nin icraçı katibinin SPECA çərçivəsində ilk dəfə Azərbaycanın sədrliyi dövründə təşkil edilən və proqramın 25-ci ildönümünə təsadüf edən Zirvə görüşündə iştirakı yüksək qiymətləndirilib.

Bildirilib ki, Azərbaycan SPECA üzv dövlətləri ilə müxtəlif sahələrdə həm ikitərəfli qaydada, həm də proqram çərçivəsində geniş əməkdaşlıq edir. Vurğulanıb ki, Azərbaycan SPECA ölkələri üçün Şərqlə Qərb arasında ticarət və tranzit qovşağı rolunu oynayır və regionun mövcud infrastrukturunun inteqrasiyası region ölkələrinin iqtisadiyyatlarının inkişafına və onların ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin potensialının artırılmasına töhfə verəcək.

Azərbaycanın Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələrinin bu əməkdaşlıqda mühüm rol oynayacağı bildirilib.

Trans-Xəzər Nəqliyyat Dəhlizinin (Orta Dəhliz) SPECA-nın əhatə etdiyi coğrafi regiondan keçməsini nəzərə alaraq, bu dəhlizin səmərəliliyinin artırılması məqsədilə üzv ölkələr tərəfindən göstərilən birgə səylər yüksək qiymətləndirilib.
Bu baxımdan Zirvə görüşündə Orta Dəhliz boyu multimodal məlumat və sənəd mübadiləsinin rəqəmsallaşdırılması üzrə Yol Xəritəsinin qəbul edilməsinin əhəmiyyəti qeyd olunub.

Azərbaycanda son illərdə yol-nəqliyyat infrastrukturunun inkişafı istiqamətində görülən işlər barədə məlumat verilib. Ölkəmizin işğal altında olan ərazilərinin azad edilməsinin regional nəqliyyat və logistika marşrutlarının inkişafı və şaxələndirilməsi üçün yeni imkanlar yaratdığı bildirilib.

Azərbaycanın yaşıl transformasiya, bərpa olunan enerji mənbələrinin inkişafı, habelə iqlim dəyişmələri ilə mübarizə sahəsində gördüyü işlər diqqətə çatdırılıb.

SPECA kontekstində iqlim dəyişmələri ilə mübarizənin və yaşıl inkişafın prioritet məsələlər kimi daim gündəlikdə saxlanılmasının zəruriliyi vurğulanıb.

Azərbaycanda bu istiqamətdə mühüm işlərin görüldüyü bildirilərək ölkəmizin xarici investorlarla birlikdə günəş və külək enerjisinin istehsalı ilə bağlı layihələrin icrasına başladığı qeyd edilib. Bu yanaşmanın işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işlərində də tətbiq olunduğu xüsusi qeyd edilib.

Azərbaycanın, eyni zamanda, digər tərəfdaşlar ilə Avropaya yaşıl enerji körpüsünü salmağa başladığı bildirildi.
Ətraf mühitin qorunması məsələlərinə toxunan Ə.Əsədov bölgədə transsərhəd təsirə səbəb ola biləcək fəaliyyətlərin, xüsusilə də sərhədyanı zonalarda mədən sənayesi ilə əlaqədar işlərin aparılmasının qəbuledilməz olduğunu bildirdi. Bu cür fəaliyyətlərin qarşısının alınması baxımından “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiya” - Espo Konvensiyasının əhəmiyyəti vurğulanıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 536 24.11.23 21:34