Mojo.az Banner
16:44 Sabunçuda sakinlər üçün təhlükə yaradan hasar - Bir neçə aydır daşlar yerə tökülür (Video)  |     16:34 Bakıda biznesmenə hücum: Dava anları canlı yayımda (FOTO / VİDEO)  |     16:25 Sabah Bakıya qar yağacaq  |     16:21 Leyla Əliyeva Göygölün füsunkar mənzərəsindən fotolar paylaşdı  |     16:20 Azərbaycanda bir neçə bələdiyyədə qanun pozuntuları aşkarlanıb  |     11:00 Alyona Əliyeva Nizami Gəncəvi adına Gəncə Dövlət Tarix-Diyarşünaslıq Muzeyindən paylaşım edib - FOTO  |     23:00 Epşteynin sağ olduğu iddia edildi  |     22:56 Bakıda iki körpə eyni vaxtda həyatını itirdi: Əkizlərin ölümündə müəmmalı "boya" detalı (Video)  |     22:45 Abituriyentlər niyə daha çox paytaxt universitetlərinə üstünlük verirlər? - Video  |     22:33 "Card to card" dövrü bitir? - Hər kəsin bilməli olduğu YENİLİK  |     22:12 Ermənistanda hərbi qulluqçunun meyiti aşkarlanıb  |     22:08 200 illik tarixi məscid qəzalı vəziyyətdə: İbadət edənlər Zaqatalaya gedirlər (Video)  |     22:01 Azərbaycana səfəri zamanı ABŞ vitse-prezidentini dövlət katibinin müavini müşayiət edəcək  |     21:50 AZTV-nin sədr müavininə ağır itki  |     21:40 Pakistanda məsciddə törədilmiş terror aktının təşkilatçısı saxlanıldı  |     21:29 Alış-veriş edən 73 yaşlı kişinin ürəyi dayandı - Azərbaycanda  |     21:17 "Qızıl qaya" istirahət mərkəzində yanğın oldu  |     21:06 Ceyhun Bayramov sabiq səfirə yüksək vəzifə verdi (FOTO)  |     20:51 On min manatlıq cehizlik oğurlayan şəxs saxlanıldı  |     20:37 Bir ailənin dörd üzvü dəm qazından zəhərləndi - Sumqayıtda  |    
Left Banner
Right Banner

Tanınmış aparıcı: “Gəlin İncəsənət Universitetini bağlayaq, aktyor yetişdirməyək” - VİDEO

24.11.2023 12:40 2 241
Tanınmış aparıcı: “Gəlin İncəsənət Universitetini bağlayaq, aktyor yetişdirməyək” - VİDEO
“Bir insanın sənəti olmayanda ömür boyu axtarışda olur. Görə biləcəyi iş olmayanda “Hini olmayan toyuqlar var, harada yumurtlayım” deyə, yer axtarırlar. Buna bənzəyir. Qeyri-peşəkarlıqdır”.

Bu sözləri Əməkdar artisti Azər Axşam “Gül kimi şou”da deyib.

O, təhsili olmayan, lakin aktyorluq edən şəxsləri tənqid edib:

“Bir nəfərə belə sual vermişdim ki, əgər həkimlik diplomun olmasa, cərrahiyyə şöbəsini oxumasam, məni əməliyyat masasına buraxarlar? Cavab verdi ki, yox, insan ölə bilər. Söylədim ki, bizim də sənətdə qeyri-peşəkarları buraxanda mənəviyyat ölür axı, hansı daha təhlükəlidir, insanın, yoxsa kütləvi mənəviyyatın ölməyi? Cavab verə bilmədi, razılaşdı.

Yox, tərafdarı deyiləm ki, insanlara qadağalar qoyaq. Aktyorluq Allahdan verilən bir istedaddır. Amma bəs bunun nə üçün məktəbi, universiteti, dərsi var? Nə üçün yaradılıb? Bir insan sadəcə istedadlıdırsa, onu gətirək çəkək? Axı səhnədə bəzi qayda-qanunlar, danışıq tərzi, rola uyğun rəftar var. Bunların hamısı universitetdə tələbələrə dərs kimi keçilir. Gətirək istedadlı birini filmə çəkək. Onda belə çıxır ki, bunlar lazım deyil. Biz çəkdiyimiz insanların aldığı savada, məktəbinə önəm vermiriksə, deməli lazım deyil. Onda gəlin, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetini bağlayaq, daha aktyor yetişdirməyək. Çünki maşallah, hamı aktyordur”.скачать dle 11.3