Mojo.az Banner
13:50 Şağanda qardaşı tərəfindən qətlə yetirilən Qamətlə bağlı YENİ MƏLUMATLAR  |     13:46 Xocavənd şəhərinə daha 64 ailə yola salınıb  |     13:39 Məktəbin gözətçisi direktor müavinini söydü, xadiməni yumruqla vurdu  |     13:35 İrandan Azərbaycana indiyədək 3 146 şəxs təxliyə olunub  |     13:30 Bakıda yağan rekord yağışların səbəbi müharibədir? - Alimdən sensasion açıqlama  |     13:24 Məhkəmə küçədə bacısını döyən qadını cəzadan azad etdi  |     13:19 Ağcabədi batalyonunun komandiri vəfat edib  |     13:12 May ayında 14 gün İŞ OLMAYACAQ  |     12:59 BDU-nun müəllimi vəfat etdi - FOTO  |     12:58 Çayxanada stəkanları qıran və müştərini döyən şəxsin cəzası dəyişdirildi  |     12:57 İsmayıllıda DƏHŞƏTLİ QƏZA: Biri 3 yaşlı qız olmaqla iki nəfər ÖLDÜ  |     12:56 BDU-nun aparıcı elmi işçisi vəfat edib - FOTO  |     12:55 Qonşusunu xüsusi amansızlıqla öldürən şəxsin cəzası azaldıldı  |     12:54 Azərbaycanda yeni hərbi obyektlər istifadəyə verilib  |     12:52 Zaqataladakı dəhşətli qəza ilə bağlı cinayət işi başlanıldı: Bir ölü, beş yaralı  |     12:52 Bursa bələdiyyəsinin sədri saxlanıldı  |     12:35 Dubayda evə mərmi düşdü: Yaralılar var (Yenilənib)  |     12:14 Azərbaycan neftinin qiyməti dörd illik maksimumuna çatdı  |     12:11 ABŞ-də benzin bahalaşdı  |     12:08 Daha bir rayonda KÜTLƏVİ İXTİSAR: 46 nəfər işsiz qaldı  |    
Left Banner
Right Banner

Prezident İlham Əliyev həqiqi hərbi xidmətlə bağlı sərəncam imzaladı

21.11.2023 13:35 1 395
Prezident İlham Əliyev həqiqi hərbi xidmətlə bağlı sərəncam imzaladı
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.

Bu barədə President.az xəbər verir.

Sərəncamla 2006-cı ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1989-2005-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2024-cü il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Eyni zamanda, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2024-cü il yanvarın 1-dən 30-dək ehtiyata buraxılırlar.

Nazirlər Kabinetinə bu sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görmək həvalə olunub.скачать dle 11.3
Mojo.az Banner