Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsində yeni bölmə yaradılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:59 İki günlük körpənin xəstəxanada naməlum ölümü  |     22:51 Parisdə mitinq iştirakçıları Makronun istefasını tələb ediblər  |     22:29 Zaqatalada yol qəzası zamanı xəsarət alan beş nəfərin kimliyi məlum olub - FOTO - YENİLƏNİB  |     22:17 Parisdə keçirilən aksiyada Avropa İttifaqının bayrağı cırılıb  |     21:51 Tramp Zukerberqi “sui-qəsddə” günahlandırıb və onu həbsxanaya göndərməklə hədələyib  |     21:47 Durovun saxlanılması hücumun bir hissəsidir - Filippot  |     21:17 İran prezidenti bu axşam ilk dəfə xalqa müraciət edəcək  |     21:10 Alimlər Yerin yaxınlığında üçüncü qlobal sahə tapdı  |     21:02 Qazaxıstanda dörd nəfər şaxtada zəhərlənərək ölüb  |     20:52 Sentyabrın 3-də bu ərazilərdə su olmayacaq  |     20:44 700 bal toplayan, yoxsa olimpiya çempionu? - Elə cavab verdi ki...  |     20:34 Qış parkında yay günü eskalatorları niyə "don vurdu"?  |     20:26 Paris-2024: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb  |     20:18 Lənkəranda qonşular arasında dava düşüb, 5 nəfər xəsarət alıb  |     20:06 İmişlidə müəllim intihar edib  |     19:46 XİN rəsmisi: Azərbaycanın İtaliyadan silah aldığı barədə iddia həqiqəti əks etdirmir  |     19:33 Ayxan Hacızadə: Azərbaycanla Ermənistan Konstitusiyası arasında paralellik və bərabərlik yaratmaq cəhdi qəbuledilməzdir  |     19:23 Bakıda 18 yaşlı qız binadan yıxılıb öldü  |     19:10 UEFA Çempionlar Liqasının yeni formatdakı oyunlarının SİYAHISI - FOTO  |     18:29 Bakıda 17 yaşlı qız itkin düşdü  |    

Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsində yeni bölmə yaradılıb

Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsində yeni bölmə yaradılıb.

Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindən “Report”un yerli bürosuna verilən məlumata görə, vətəndaşların müraciətlərinə baxılması, onları maraqlandıran məsələlər, üzləşdikləri problemlər barədə birbaşa ünsiyyət formatında məlumatlanmaq, həll yollarının tapılması, eyni zamanda vətəndaşların maliyyə xidmətləri mövzusunda maarifləndirilməsi məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsində maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi bölməsi yaradılıb.

Qeyd olunub ki, fiziki və hüquqi şəxslər kredit və sığorta təşkilatları tərəfindən qanunvericiliyin tələblərinin pozulduğu hallarda, həmçinin Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin səlahiyyətlərinə aid məsələlər barədə bölməyə müraciət edə bilərlər.

Bundan əlavə idarənin +994 60 400 22 44 “WhatsApp” qaynar xətti vasitəsilə yuxarıda qeyd olunan məsələlərə aid məlumat və sorğu xarakterli müraciətlərlə bağlı qaynar xəttə yazmaq mümkündür.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            633 21.11.23 11:47