Mojo.az Banner
15:44 Kamran Əsədov işi: 11 abituriyent və pinəçi istintaqa çağırıldı (YENİ DETALLAR)  |     15:43 "Çelsi" unikal nailiyyətə imza atıb  |     15:31 MTV kanalına xəbərdarlıq edilib  |     15:16 Masallıda 3200 abonentin qazı kəsiləcək  |     15:11 Dostunu evinə çağırıb yeyib-içdilər, arağa görə burnunu sındırdı  |     14:46 Həyat yoldaşını qətlə yetirən şəxs: "Mələklər arvadımın məni aldatdığını dedilər"  |     14:45 Azərbaycan klublarının gəlirləri açıqlandı  |     14:23 Əməkdar müəllim Nadir Hüseynov QƏZADA ÖLÜB (Yenilənib)  |     14:08 AMB 3 BOKT-un vəzifəli şəxslərini cərimələyib  |     14:00 Mütəşəkkil dəstə üzvləri saxlanıldı - Video  |     13:57 Azərbaycanda hava limanında ƏMƏLİYYAT: Gəmi kapitanı və daha iki nəfər həbs edildilər  |     13:43 Sidneydə terror aktı törədən şəxs 59 maddə üzrə ittiham olunur  |     13:33 Bakıda 31 yaşlı qadın dəm qazından boğuldu  |     13:32 Naxçıvandan gələnlər Biləsuvar gömrük postunda saatlarla soyuqda gözləyirlər - NƏ BAŞ VERİR? (Video)  |     13:27 Əsgər ölümünə görə şərti məhkum edilən polkovnik təqaüdə göndərildi  |     12:43 Ombudsman: Əfv və amnistiya institutları humanizm prinsiplərinin hüquqi ifadəsidir  |     12:13 Rəqsanə boşanıb: "Hər şey bitib"  |     12:12 Polis Bibiheybətdə əməliyyat keçirdi: Saxlanılan var (Video)  |     12:07 46 yaşlı müəllim məktəbdə vəfat etdi  |     12:06 Arktikada temperatur rekord həddə çatıb  |    
Left Banner
Right Banner

Meteohəssas insanların NƏZƏRİNƏ: Qasırğa gözlənilir

20.11.2023 15:11 2 406
Meteohəssas insanların NƏZƏRİNƏ: Qasırğa gözlənilir
Ötən üç sutka ərzində Günəş aktivliyi normal fon səviyyəsində olub.

Noyabrın 20-dən Günəş küləyi parametrlərinin güclənməsi müşahidə oluna bilər.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Oxu.Az-a verilən məlumata görə, 16 noyabr tarixində baş vermiş zəif tac kütlə atılmaları (TKA) nəticəsində geomaqnit sahənin aktiv hala keçəcəyi, G1 (mülayim) səviyyəli geomaqnit qasırğasının ola biləcəyi proqnozlaşdırılır.

Noyabrın 22-dən etibarən isə geomaqnit sahənin sakit səviyyəyə qayıdacağı ehtimal olunur. Hazırda Günəş küləyinin sürəti 300-360 km/saat intervalındadır.

Dekabrın 5-də isə G1 (mülayim) səviyyəli geomaqnit qasırğası proqnozlaşdırılır.

Qeyd edək ki, maqnit qasırğasının loqarifmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti 20-26 noyabr 2023-cü il tarixləri üçün 2-5 intervalında dəyişəcək.скачать dle 11.3