Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |     17:58 Hikmət Hacıyev: Ermənistanda revanşizm hallarının artmasından narahatıq  |     17:33 Ata zarafatına görə pivə bakalını dostunun başında sındırdı  |     17:24 Saatlıda qaz olmayacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

Dostunu evinə çağırıb yeyib-içdilər, arağa görə burnunu sındırdı

17.12.2025 15:11 465
Dostunu evinə çağırıb yeyib-içdilər, arağa görə burnunu sındırdı
Bakıda sərxoş kişi spirtli içkiyə görə dostunun burnunu sındırıb.

Hadisə paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsi, "Kondisioner bağları" ərazisində baş verib. Belə ki, Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Elnar Qurbanov (soyadı şərtidir) sosial şəbəkədə Vahid adlı şəxslə tanış olub. Onlar sosial şəbəkədə bir müddət danışandan sonra aralarında dostluq münasibətləri yaranıb.

Bir gün Vahid Elnarı evinə qonaq dəvət edib. Lakin Elnar yolun uzaq olduğu üçün getmək istəməyib. Vahid təkid etsə də, dostu onlara gəlməkdən imtina edib. Nəticədə Vahid özü Elnargilə qonaq getmək qərarı verib. O, Elnarla danışıb və Elnar razılaşıb. Vahid Elnarın yaşadığı Hövsan qəsəbəsi, "Kondisioner bağları" ərazisindəki evinə gəlib. Dostlar bir litr spirtli içki qəbul etdikdən sonra Vahid daha bir litr araq almağı Elnardan xahiş edib. Elnar isə onun bu təklifini rədd edib və ondan evlərinə getməyi xahiş edib. Sərxoş vəziyyətdə olan Vahid çantasından pul çıxarıb araq almaq istəyərkən, Elnar həmin pulu onun əlindən alıb. Nəticədə dostlar arasında dava düşüb. Dava zamanı Elnar stoldakı boş araq şüşəsi ilə Vahidin baş və sifət nahiyələrinə zərbələr endirib. Hadisə nəticəsində Elnarın alın sümüyü və burnu sınıb.

Hadisə yerinə polis əməkdaşları gəliblər, Elnar saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb və E.Qurbanov barədə həbs qətimkan tədbiri seçilib.

Cinayət işinin istintaqı yekunlaşaraq Suraxanı Rayon Məhkəməsinə göndərilib. Məhkəmə istintaqı zamanı Vahid dəymiş ziyana görə Elnardan dörd min manat təzminat istəyib. O, bildirib ki, burun və alın nahiyəsinin plastik cərrahiyyə əməliyyatı üçün ondan 4-5 min manat tələb olunub, o isə həmin məbləği vermək imkanında olmayıb.

Məhkəmənin hökmü ilə E.Qurbanov 1 il 3 ay müddətə azadlıqdan məhrum edilib.
//oxu.az

Son xəbərlər