Mojo.az Banner
23:02 11 məşhur avtomobil modelinin istehsalı dayandırılır  |     22:57 Bakıda dəhşətli qətl törədildi  |     22:49 Gəncədə qazi 36 yaşında vəfat etdi  |     22:44 Gəncədə 16 yaşlı oğlan bıçaqlandı - Həmyaşıdı saxlanıldı  |     22:36 Evlilərin diqqətinə: sizdən pul tutula bilər - Hüquqşünas  |     22:31 Azərbaycanda maşın almaq istəyənlərin nəzərinə - Bu avtomobillər bahalaşdı  |     22:24 Müəllimlərin sayı niyə azalır? - EKSPERTDƏN AÇIQLAMA  |     22:19 “iPhone 18” bu rənglərdə olacaq  |     22:11 Rus bölmələrində oxuyanlara YENİLİK: Bu fənn Azərbaycan dilində olacaq  |     22:06 Uşağın rejimini kəskin dəyişməyin - Pediatrdan XƏBƏRDARLIQ  |     21:59 Tələbə axını kirayə bazarını silkələdi: QİYMƏTLƏR  |     21:54 “Telegram”dan möhtəşəm yeniliklər  |     21:45 Azərbaycanda məscidlərin sayı açıqlandı  |     21:40 20 Yanvarda səkidə yuxuya getdi, 2440 manatı oğurlandı  |     21:32 “Bitcoin”in qiyməti 78 min dollara enib  |     21:27 İtaliyada helikopter qəzası olub, ölənlər var  |     21:19 Portuqaliya millisi Bakıda ilk qələbəsini qazandı  |     21:13 Salyanda qəbiristanlıqdan meyit tapıldı  |     21:08 53 nömrəli marşrutun istiqaməti dəyişib  |     21:02 Qəbələdə həmkəndlisinin xanımı ilə münasibəti olan müəllim HƏBS EDİLDİ  |    
Left Banner
Right Banner

Həyat yoldaşını qətlə yetirən şəxs: "Mələklər arvadımın məni aldatdığını dedilər"

17.12.2025 14:46 390
Həyat yoldaşını qətlə yetirən şəxs:
Suraxanı rayonunun Qaraçuxur qəsəbəsindəki parkda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Natiq Məhərrəmovun cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən əlavə ifadə üçün söz istəyib.

"Mən dəli deyiləm. Amma mələklər mənə bütün maskaların düşəcəyini, seçilmiş insan olduğumu deyirdilər. Mələklər mənə bu qadının məni aldatdığını, başıma oyun açacağını deyirdilər. Onu mətbəx bıçağı ilə öldürdüm. Döş qəfəsi və qarın boşluğundan vurmuşdum. Axırıncı zərbəni boğazından vurdum. Əslində onun başını kəsmək istəyirdim, amma barmaqlarını qabağa verib imkan verməyəndə barmaqları kəsildi".

Daha sonra təqsirləndirilən şəxs məhkəmənin və dövlət ittihamçısının suallarını cavablandırıb.

Məhkəmə tərkibi məhkəmə istintaqının yekunlaşdığını elan edib. Çıxışlar üçün növbəti proses 7 yanvara təyin edilib.

Xatırladaq ki, 2025-ci ilin aprelin 7-i, saat 19:00-da Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində yerləşən Neftçilər parkında Natiq Məhərrəmov çoxsaylı bıçaq zərbələri ilə həyat yoldaşı Sevinc Məhərrəmovanı qətlə yetirib. Həmin gün cinayəti törədən şəxs 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Suraxanı Rayon Prokurorluğu tərəfindən Natiq Məhərrəmova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə) maddələri ilə yekun ittiham verilib.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner