Cəlilabadda 17 yaşlı qızı qaçıranlara 10 illik CƏZA » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:41 Ermənistanda delimitasiyaya etiraz edən şəxslər İrəvan-Sevan yolunu bağlayıb - VİDEO  |     21:35 Azərbaycan cüdoçusu Avropa çempionu olub  |     21:29 Buğdanın qiyməti niyə ucuzlaşır? (ŞƏRH)  |     21:22 Azərbaycanda bu məşhur zavod bağlanır  |     21:14 İstanbul terrorçusu 7 ömürlük və 1794 il həbs cəzası aldı  |     21:08 Talıb Talenin toyu olacaq (VİDEO)  |     20:49 Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb  |     20:42 Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var  |     20:39 MTK və sakinlər qarşı-qarşıya: Yeddi ildir kirayədə yaşamağa məcburuq - VİDEO  |     20:34 Etiraz aksiyasında iştirak edən erməni deputatlar saxlanılıb  |     20:25 Azərbaycanlı deputat ATƏT PA-nın Büro iclasında iştirak edəcək  |     20:17 Şənbə günü 32 dərəcə isti olacaq  |     20:06 Apellyasiya Arbitraj Tribunalı “Neftçi”nin şikayətini təmin etməyib  |     19:57 Yasamalda 16 yaşlı yaşlı qızı avtomobil vurub  |     19:47 Paşinyan: “Biz yaxın onilliklər ərzində Ermənistanın mövcudluğu məsələsini həll edirik”  |     19:35 Çin XİN: NATO Ukrayna böhranına görə birbaşa məsuliyyət daşıyır  |     19:09 “Qəbələ” azarkeşlərini düşündürən məsələyə klub rəsmilərindən CAVAB  |     18:58 Ukrayna daha 140 hərbçisinin meyitini geri qaytarıb  |     18:46 Qəzza üzrə təmas qrupu Səudiyyə Ərəbistanında toplaşacaq  |     18:29 “Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək” - Cümüyə 18 il həbs verildi  |    

Cəlilabadda 17 yaşlı qızı qaçıranlara 10 illik CƏZA

Bu ilin aprelində Cəlilabad şəhərində 17 yaşlı qızı qaçıran şəxslərin məhkəməsi başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Oruc Cəlilovun sədrliyi ilə keçirilən prosesdə Cəlilabad şəhər sakini, 1993-cü il təvəllüdlü A.S. və dayısı oğlu, 1994-cü il təvəllüdlü H.M. Cinayət Məcəlləsinin 144.3-cü (yetkinlik yaşına çatmayan şəxsi oğurlama) maddəsi ilə təqsirləndiriliblər.

Araşdırmalar zamanı məlum olub ki, A.S. dayısı oğlu ilə əvvəlcədən plan qurub. Onlar H.M.-nin atasına məxsus VAZ markalı avtomobillə A.S.-nin qonşuluğunda yaşayan 17 yaşlı qızı izləyiblər. Qız dərsdən çıxıb yaşadığı evə gedərkən qəfil yaxınlaşaraq onu zorla avtomobilə əyləşdiriblər.

Bundan sonra A.S. evlənmək məqsədilə qaçırdığı qızı dayısının evinə aparıb. Bir qədər sonra ora polislər gəlib və qızı ailəsinə qaytarıblar. A.S. isə 3 gün müddətində çayın kənarında gizlənsə də, sonradan polisə təslim olub.

Məhkəmədə zərərçəkmiş şəxs qismində çıxış edən qaçırılan qız A.S.-dən şikayətçi olduğunu deyib. O, A.S.-nin dayısı oğlunu əvvəldən tanımadığını deyib və ona qarşı şikayətinin olmadığını bildirib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.S.-yə 10 il 6 ay, H.M.-yə isə 10 il həbs cəzası verilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            435 15.11.23 19:54