Mojo.az Banner
20:35 Ukrayna Xəzər dənizindəki Rusiya neft platformasına yenidən zərbə endirdi  |     20:27 Bakıda avtomobil yandı - Video  |     20:20 Sumqayıtda azyaşlı uşaq tapıldı - Valideynləri axtarılır+Foto  |     20:12 Vüqar Əhməd saxlanıldı - AÇIQLAMA  |     20:04 Sumqayıtda gənc qız qazdan boğuldu  |     19:59 Gəncə Hava Limanında ÖLÜM  |     19:55 XƏBƏRDARLIQ: Bu yollar buz bağlayacaq  |     19:48 Bu avtomobillər ucuzlaşa bilər?  |     19:42 Anadangəlmə xəstəliyi olan gəncin pensiyası niyə kəsilib?  |     19:36 Moskvada öldürülən Azərbaycan vətəndaşının qətlinin üstü açılıb  |     19:18 Yasamalda yanan binanın sakinlərinə TƏZMİNAT AYRILDI  |     19:08 Gültəkin Hacıbəyli Türkiyədən 5 illik deport olunur  |     18:50 Qadını gəlini və qardaşı yastıqla boğaraq öldürüblər - Biləsuvardakı qətlin TƏFƏRRÜATI  |     18:40 DİQQƏT: Çindən Azərbaycana gətirilmiş şüşə fincanlarda ağır metallar AŞKARLANDI  |     18:22 Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırıb  |     18:20 Yeni icra başçısı 23 illik müavini işdən çıxardı  |     18:09 Balakəndə ağır qəza - Ölən və yaralananlar var  |     17:43 Laçında istifadəyə verilməmiş tuneldə qəza törədən sürücü həbs edildi  |     17:35 Mərakeşdə daşqınlar nəticəsində ölənlərin sayı artıb  |     17:29 Xankəndidə terror törətməyə cəhd edən Karen Avanesyanın məhkəməsi keçirilir  |    
Left Banner
Right Banner

ABŞ-nin atom sualtı qayığı Fars körfəzinə girdi

07.11.2023 19:51 876
ABŞ-nin atom sualtı qayığı Fars körfəzinə girdi
ABŞ-nin “Ohayo” sinfinə aid atom sualtı qayığı “USS Florida” Fars körfəzinin sularına daxil olub.

Bu barədə “Bloomberg” Pentaqondakı mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, Vaşinqton bu yolla Yaxın Şərqdə münaqişənin genişlənməsindən qaçmaq üçün güc nümayiş etdirməyə və Tehranı çəkindirməyə ümid edir.

Məlumata görə, “Florida” - atom sualtı qayığı olsa da, nüvə silahı daşımır. Onun silahlandırmasında 154-ə qədər “Tomahawk” qanadlı raketi ola bilər. Bundan başqa sualtı qayıq göyərtəsində ABŞ Hərbi Dəniz Qüvvələrinin 66-a qədər xüsusi təyinatlısını daşıya bilər.

Xatırladaq ki, noyabrın 6-da Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Birləşmiş Ştatların Yaxın Şərqə “Ohayo” sinifli sualtı qayıq göndərdiyini, ancaq söhbətin hansı sualtı qayıqdan getdiyi və dəqiq olaraq harada yerləşdiyi barədə məlumat verməmişdi.скачать dle 11.3