Mojo.az Banner
SON DƏQİQƏ
21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |     19:36 Qaraciyər xərçənginə qarşı yeni dərman hazırlanıb  |     19:25 Devid Bekhem FIFA prezidenti postuna namizəd ola bilər  |     19:15 Bərdədə pasiyenti döyən sanitar qadın indi də xəstəxananı şantaj edib  |     19:10 "Qarabağ" - "Neftçi" oyunu başladı - Canlı  |     19:06 Moskvada 103 aviareys təxirə salınıb  |     18:44 Qazaxda avtomobil 12 yaşlı qızı vurdu  |     18:23 Azərbaycanda quş əti və yumurta istehsalı artıb  |     18:10 Qazaxıstanda tutulan azərbaycanəsilli ifaçı Navai təcridxanada yeni mahnılar yazmağa başlayıb  |     17:58 Bakıdan Türkmənistana narkotik aparan dənizçi gəmidə ifşa edildi  |     17:50 Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarının fəaliyyətində problemlər müşahidə olunur - Foto  |     17:46 Tələbələrin təqaüdləri artırılacaq?  |     17:22 Məktəblərin yaxınlığında nalayiq ifadələr işlədən şəxslər həbs olundu  |     17:09 Bərdədə sanitar huşsuz vəziyyətdəki pasiyenti döyüb  |     16:34 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Bayram və istirahət günlərində bölgələrdə hava necə olacaq?

06.11.2023 16:04 783
Bayram və istirahət günlərində bölgələrdə hava necə olacaq?
Bölgələrimizdə bayram və istirahət günlərində (noyabrın 8-12-də) gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin noyabrın 10-u axşamdan 11-i səhərədək fasilələrlə yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi 5-10 m/s, bəzi yerlərdə arabir 15 m/s təşkil edəcək. Havanın temperaturu gecə 5-10, gündüz 18-23 dərəcə isti olacaq.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin noyabrın 8-də gecə və səhər və 10-da axşam qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında arabir duman olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15-18 m/s, noyabrın 10-da ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 4-9, gündüz 11-16 dərəcə isti olacaq.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin noyabrın 10-da gündüz dağlıq ərazilərdən başlayaraq 12-si gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi 5-10 m/s, bəzi günlərdə arabir 15-18 m/s təşkil edəcək. Havanın temperaturu gecə 4-8, gündüz 12-17, dağlarda gecə 1-3, gündüz 5-9 dərəcə isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Füzuli rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin noyabrın 10-da gündüz arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15-18 m/s, noyabrın 10-da ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 7-11, gündüz 18-23 dərəcə isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin noyabrın 8-də gecə və səhər şərq rayonlarından başlayaraq, 10-da səhər isə dağlıq rayonlardan başlayaraq arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15-18 m/s, noyabrın 10-da ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 5-10, gündüz 17-22, dağlarda gecə 3-7, gündüz 7-12 dərəcə isti olacaq.

Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin noyabrın 8-də gecə və səhər, 10-da gündüz arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15-18 m/s, noyabrın 10-da ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 7-12, gündüz 19-24 dərəcə isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin noyabrın 8-də gündüz, 10-da isə gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi 5-10 m/s, bəzi yerlərdə arabir 15 m/s təşkil edəcək. Havanın temperaturu gecə 10-14, gündüz 17-23, dağlarda gecə 7-12, gündüz 14-18 dərəcə isti olacaq.скачать dle 11.3

Son xəbərlər