“Real Madrid”in vitse-prezidenti vəfat etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:48 Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  |     16:25 DİN əməkdaşları Heydər Əliyevin xatirəsini yad etdilər  |     14:44 Bakı-Astara magistralında QORXUNC AVTOQƏZA: Ölən və yaralananlar var (VİDEO)  |     14:03 Abşeronda sex yanır  |     13:40 Ramiz Mehdiyevin qızı Ali Məhkəməyə üz tutdu  |     13:10 Azərbaycanda orta məktəbdə bıçaqlanma - 11-ci sinif şagirdi HƏBS EDİLDİ  |     13:09 "Baytarlıq haqqında" Qanuna dəyişiklik edildi  |     13:07 AZAL-ın Bakı-Moskva reysləri bərpa olunub  |     13:05 Leyla və Arzu Əliyevalar həssas əhali qrupundan olan şəxslərə baş çəkiblər - FOTO  |     12:57 Faşizm üzərində qələbədən 80 il ötür  |     12:55 Alyona Əliyeva 9 May münasibətilə paylaşım edib - FOTO  |     12:35 Olimpiya mükafatçısı Fransada faciəli şəkildə həlak oldu  |     12:31 Alkoqol hansı dozada içildikdə sağlamlıq üçün təhlükə yaratmır? - Rusiyalı həkim miqdarı açıqladı  |     12:30 Sakinlər qorxu içində: Binanın üzlük daşları hər an faciəyə səbəb ola bilər - VİDEO  |     12:23 "Avroviziya" təmsilçilərimizin səhnə şousundan GÖRÜNTÜLƏR - VİDEO  |     12:20 Sovet kosmik obyekti Yerə çırpılacaq: Azərbaycan üçün təhlükə varmı? - VİDEO  |     12:15 "BakıKart"da yaranan problem aradan qaldırıldı - YENİLƏNİB  |     12:02 Bakıda qəbiristanlıqda QARA BAZAR: Köhnə və kimsəsiz qəbirlər dağıdılır - Molla isə maklerlik edir (VİDEO)  |     11:58 DİN: "Vətəndaşların bank kartlarından oğurluqlar davam edir"  |     23:01 "8-ci kilometr" bazarında xadimə ticarətçi qadını döydü: üz sümüyü sındı  |    

“Real Madrid”in vitse-prezidenti vəfat etdi

İspaniyanın “Real Madrid” klubunun vitse-prezidenti Fernando Fernandes Tapias 84 yaşında vəfat edib.

Bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.

Fernando Fernandes Tapias 1993-cü ildən “Real Madrid”də müxtəlif vəzifələrdə çalışıb. 2000-ci il iyulun 17-dən 2006-cı il iyulun 2-dək ispan sahibkar və funksioner “Real Madrid”in direktorlar şurasının sədri kimi fəaliyyət göstərib. 2009-cu il iyunun 1-dən isə klubun tarixində ilk vitse-prezident olub.

Fernando Fernandes Tapiasın “Real Madrid”ə rəhbərliyi dövründə klub 58 titul qazanıb, o cümlədən 6 dəfə Çempionlar Liqasının qalibi olub və basketbol üzrə 3 Avropa Kubokunu əldə edib.

Qeyd edək ki, “Real Madrid”in hazırkı prezidenti 2009-cu ildən bu vəzifəni icra edən Florentin Peresdir.

Mənbə: Championat.comскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            828 25.10.23 15:07