Britaniya parlamentində Azərbaycan ərazilərinin minalardan təmizlənməsi və yenidənqurma məsələsi qaldırılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Bu ölkədə şahmat qadağan edildi  |     22:50 Temperatur 4-6 dərəcə aşağı enəcək – XƏBƏRDARLIQ  |     22:45 1 manat 18 qəpiyə gələn meyvə bizə 5 manata satılır  |     22:38 Yaponlar indi də çamurdan ət hazırlayacaq  |     22:29 Dünyada bu ilin ən populyar avtomobili AÇIQLANDI  |     22:24 Azərbaycanda bu siqaretlər bahalaşır - MƏBLƏĞ  |     22:18 Nadir brilyant hərraca çıxarılacaq  |     22:13 Əcnəbilər ƏDV-ni geri ala bilərlərmi?  |     22:05 Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır  |     22:00 Liftlərdə güzgü niyə olur? - Cavab düşündüyünüz qədər sadə deyil!  |     21:54 Qeyri-adi təbiət hadisəsi: Bostona yağan qırmızı qarın arxasındakı qaranlıq həqiqət  |     21:45 PFL prezidentinin əməliyyatı təxirə salınıb, bərpa prosesi davam etdiriləcək  |     21:40 MN-in milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi əmlakları ilə bağlı şikayət etdi  |     21:32 Yasamalda qəbirlər başqalarının dəfni üçün təklif edilir? - VİDEO  |     21:26 Dahilər daha çox hansı ailələrdə böyüyür? - Alimlərdən təəccübləndirən araşdırma  |     21:19 9,3 milyon mənimsəmədə ittiham olunan polkovnik-leytenant əmlaklarını geri istəyir  |     21:14 Ən bahalı 10 azərbaycanlı futbolçu (SİYAHI)  |     21:05 Çindən Azərbaycana idxal edilən kürülər bazarda neçəyə satılır? - VİDEO  |     20:59 Gəncədə avtomobilin vurduğu piyada xəstəxanada ölüb  |     20:51 Türkiyə Superliqası klubu baş məşqçisi ilə yolları ayırıb  |    

Britaniya parlamentində Azərbaycan ərazilərinin minalardan təmizlənməsi və yenidənqurma məsələsi qaldırılıb

Britaniya parlamentində işğaldan azad edilmiş Azərbaycan ərazilərinin minalardan təmizlənməsi və yenidənqurma məsələsi qaldırılıb.

Azərbaycanın bu ölkədəki səfirliyindən bildirilib ki, Britaniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun sədr müavini Devid Duqid Britaniya parlamentində keçirilən müzakirələr zamanı Şimali Amerika və Avropa regionu üzrə dövlət naziri Leo Dokertiyə Britaniya Hökumətinin və şirkətlərinin Azərbaycanın Qarabağ regionunun Ermənistan Silahlı Qüvvələri tərəfindən basdırılmış minalardan təmizlənməsi və işğal dövründə talan edilmiş, dağıdılmış şəhərlərin və yaşayış məntəqələrinin yenidən qurulması üçün hansı dəstəyi göstərdiyini sorğu edib.

Sualı cavablandıran dövlət naziri Britaniya Hökuməti tərəfindən regiondakı humanitar vəziyyətin qiymətləndirilməsinin davam etdirildiyini, 2020-ci ildən etibarən regionun minalardan təmizlənməsi üçün BMT-nin İnkişaf Proqramına 1 milyon funt sterlinq vəsaitin ayrıldığını qeyd edib, yenidənqurma və reinteqrasiya məsələlərinə dair Azərbaycan Hökuməti ilə müzakirələrin aparıldığını bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 605 25.10.23 13:48