Mojo.az Banner
18:11 Narkotikin təsiri altında maşın sürən şəxs həbs olundu  |     17:56 Həkimlər bu 5 gigiyena məhsulunu dərhal atmağı məsləhət görür  |     17:39 Neymar ciddi zədə aldı, klubu açıqlama yaydı  |     17:33 Hava ilə bağlı XƏBƏRDARLIQ: Külək güclənəcək  |     17:32 Ukraynaya hücumlar dayandırıldı: Putindən orduya tapşırıq  |     17:20 Bu məktəblərin fəaliyyəti dayandırılacaq  |     17:13 Tələbə yataqxanalarında vəziyyət necədir? - Qiymətlər, yerlər və güzəştlər  |     17:08 Azərbaycanda yeni universitetin yaradılması təklif olunur  |     17:01 Alimlər narahatdır: Çirkli buz buzlaqların əriməsini sürətləndirə bilər  |     16:55 Ötən gün 2 avtomat, 1 tapança aşkarlanıb  |     16:50 Toy biznesində böhran: Şadlıq evləri mərasim zallarına çevrilir (VİDEO)  |     16:43 Bakıda BMT-nin Dördüncü İqlim Həftəsi keçiriləcək  |     16:38 Borclu şəxs qismində axtarışda olan 128 nəfər saxlanılıb  |     16:30 Amin Novruzov vəfat etdi  |     16:26 Bazar gününə olan hava proqnozu  |     16:21 Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı  |     16:13 Çində qasırğaya görə 600 min nəfər təxliyə edilib  |     16:08 Axtarışda olan 149 nəfər saxlanıldı  |     16:01 Türkiyədə hoteldə yanğın: 12 nəfər yaralandı  |     15:51 Bakı və Abşeronda su sistemləri təkmilləşdirilir  |    
Left Banner
Right Banner

TÜRKSOY-un baş katibi İlham Əliyevi təbrik edib

19.10.2023 15:31 2 826
TÜRKSOY-un baş katibi İlham Əliyevi təbrik edib
TÜRKSOY-un Baş katibi Sultan Raev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bu barədə President.az xəbər verir.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident!

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un Baş katibliyi, üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan Zati-alinizi və qardaş Azərbaycan xalqını 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə ürəkdən təbrik edirəm.

Ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunub-saxlanılması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün onun layiqli davamçısı olaraq Zati-aliniz tərəfindən uğurla davam etdirilir. Sizin müəyyənləşdirdiyiniz uğurlu inkişaf strategiyası nəticəsində Azərbaycan siyasi, iqtisadi, sosial və mədəni sahələrdə böyük tərəqqi və inkişafa nail olmuşdur.

Zati-alinizin rəhbərliyi ilə dövlət müstəqilliyinin bərpasının 32-ci ildönümünün qeyd olunduğu bu il Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib. Bu gün Azərbaycanın üçrəngli Dövlət Bayrağı ölkənin bütün şəhər və rayonlarında qürurla dalğalanır.

TÜRKSOY-un yaradılmasının 30-cu ildönümü münasibətilə Bakıda keçirilən təntənəli mərasimə ünvanladığınız təbrik məktubu bizi daha da ruhlandırıb və ortaq türk mirasının qorunması, təbliği ilə bağlı gerçəkləşdirəcəyimiz irimiqyaslı layihələrdə Azərbaycanın gələcəkdə də TÜRKSOY-a geniş dəstək verəcəyinə əminliyimizi artırıb.

Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Azərbaycan xalqına sülh, tərəqqi və əmin-amanlıq arzulayıram”.скачать dle 11.3
Mojo.az Banner