Gələn il Azərbaycan qazının Gürcüstan ərazisi ilə nəql həcmi artacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Bu ölkədə şahmat qadağan edildi  |     22:50 Temperatur 4-6 dərəcə aşağı enəcək – XƏBƏRDARLIQ  |     22:45 1 manat 18 qəpiyə gələn meyvə bizə 5 manata satılır  |     22:38 Yaponlar indi də çamurdan ət hazırlayacaq  |     22:29 Dünyada bu ilin ən populyar avtomobili AÇIQLANDI  |     22:24 Azərbaycanda bu siqaretlər bahalaşır - MƏBLƏĞ  |     22:18 Nadir brilyant hərraca çıxarılacaq  |     22:13 Əcnəbilər ƏDV-ni geri ala bilərlərmi?  |     22:05 Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır  |     22:00 Liftlərdə güzgü niyə olur? - Cavab düşündüyünüz qədər sadə deyil!  |     21:54 Qeyri-adi təbiət hadisəsi: Bostona yağan qırmızı qarın arxasındakı qaranlıq həqiqət  |     21:45 PFL prezidentinin əməliyyatı təxirə salınıb, bərpa prosesi davam etdiriləcək  |     21:40 MN-in milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi əmlakları ilə bağlı şikayət etdi  |     21:32 Yasamalda qəbirlər başqalarının dəfni üçün təklif edilir? - VİDEO  |     21:26 Dahilər daha çox hansı ailələrdə böyüyür? - Alimlərdən təəccübləndirən araşdırma  |     21:19 9,3 milyon mənimsəmədə ittiham olunan polkovnik-leytenant əmlaklarını geri istəyir  |     21:14 Ən bahalı 10 azərbaycanlı futbolçu (SİYAHI)  |     21:05 Çindən Azərbaycana idxal edilən kürülər bazarda neçəyə satılır? - VİDEO  |     20:59 Gəncədə avtomobilin vurduğu piyada xəstəxanada ölüb  |     20:51 Türkiyə Superliqası klubu baş məşqçisi ilə yolları ayırıb  |    

Gələn il Azərbaycan qazının Gürcüstan ərazisi ilə nəql həcmi artacaq

2022-ci il üçün Cənub Qaz Dəhlizi ilə 20 milyard kubmetr qaz nəql olunacaq ki, bu da kifayət qədər yüksək göstəricidir. Belə ki, bu kəmərin maksimal yüklənməsi indiyədək 22 milyard kubmetrə çatıb.

Bu barədə Gürcüstanın Neft və Qaz Korporasiyasından ölkənin Birinci kanalına bildirilib.

Qeyd olunub ki, Gürcüstan gələn il tranzit ölkə kimi Azərbaycan qazının nəqlindən endirimli qiymətə daha böyük həcmdə təbii qaz əldə edəcək. Bu il Gürcüstan ümumilikdə 1,014 milyard kubmetr qaz alıbsa, 2022-ci ildə bu göstərici 1,500 milyard kubmetrə qədər artacaq.

“Gürcüstan Azərbaycan qazının nəqli müqabilində müəyyən güzəştlər əldə edir. Hazırda ölkələr arasında iki növ müqavilə mövcuddur – optimal qaz və əlavə qaz. Birinci müqavilə Gürcüstana hər il Cənub Qaz Dəhlizi ilə nəql olunan qazın 5 %-ni aşağı qiymətə almağa imkan verir və bu müqavilə 2066-cı ilədək qüvvədədir. Əlavə qazın alqı-satqısı üzrə müqavilənin müddəti isə 2026-cı ildə başa çatacaq, həmin vaxta qədər Gürcüstan hər il 500 milyon kubmetr qazı güzəştli qiymətə alacaq”, - qurumdan bildirilib.

Korporasiyadan qeyd olunub ki, 2024-2025-ci illərdə Cənub Qaz Dəhlizinin ötürücülük qabiliyyətinin 30 milyard kub metrə qədər artırılması planlaşdırılıb və bu o deməkdir ki, tranzitin müqabilində Gürcüstanın əldə edəcəyi ucuz qazın həcmi də artacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            741 02.11.21 19:46