Saxta COVID-19 pasportu satan vəzifəli şəxslərə cinayət işi açıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:58 Almaniyada poliqonda hərbi texnikalar toqquşub, ölənlər var  |     23:51 Toğanalıdan Kəlbəcərə çəkilən tunel-yolun tikintisi davam etdirilir  |     23:41 Qırmızı düyünün faydaları  |     23:23 Bu rayonlarda zəlzələ oldu  |     23:16 Bakıda gənc oğlanı avtomobil vurub, vəziyyəti ağırdır  |     23:07 Saatlıda avtomobil aşıb, qardaşlar xəsarət alıb  |     22:59 Qələbəmizə həsr olunmuş “Zəfərə doğru” filmi - VİDEO  |     22:52 Putinlə Baydenin müzakirə etdiyi məsələlər açıqlanıb  |     22:44 Mbappe Messinin rekordunu qırdı  |     22:37 Orqanizmi qurdlardan təmizləyən 3 MƏHSUL  |     22:29 Ağstafada azyaşlı qızı maşın vurub  |     22:20 Dünyanın ən nüfuzlu qadınları açıqlandı  |     22:12 Toya görə CƏRİMƏLƏNDİLƏR - FOTO  |     22:06 Ağstafada 50 yaşlı kişini elektrik cərəyanı vurub  |     21:58 Azərbaycanın cənub rayonlarında zəlzələ olub  |     21:51 Bakıda 17 yaşlı gənc qız dəm qazından zəhərlənib  |     21:44 Putin və Bayden arasında danışıqlar başa çatıb  |     21:37 Moskvaya son 72 ilin ən güclü qarı yağıb  |     21:25 Azərbaycan-İran sərhədində yeni körpünün tikintisinə dair razılıq əldə olunub  |     21:17 Fatih Terim xəstəxanaya yerləşdirilib  |    

Saxta COVID-19 pasportu satan vəzifəli şəxslərə cinayət işi açıldı
“Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində qanunsuz olaraq COVID-19 əleyhinə vaksinasiya olunması barədə saxta sənədlərin tərtib edilməsi ilə bağlı daxil olmuş məlumat üzrə şəhər prokurorluğunda araşdırma aparılıb.

Mingəçevir Şəhər Prokurorluğundan verilən məlumata görə, qeyd olunan xəstəxananın vəzifəli şəxsləri tərəfindən ayrı-ayrı şəxslərə vaksin vurulmadığı halda COVID-19 əleyhinə vaksinasiya olunması barədə saxta sənədlərin tərtib edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilməsi məqsədilə intensiv istintaq hərəkətləri davam etdirilir.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            285 27.10.21 14:14