Özbəkistanın Azərbaycandakı Səfirliyində prezident seçkiləri ilə bağlı məntəqə yaradılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:22 İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri başa çatıb  |     20:17 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatıb  |     20:02 Azərbaycanda temperaturun yüksələcəyi, normadan artıq olacağı gözlənilir  |     19:41 “Yay musiqi konserti”nin ziyarətçiləri xüsusi avtobuslarla daşınacaq  |     19:34 Tehran aeroportu müharibədən sonra ilk xarici uçuşu qəbul edib  |     19:34 "Moody’s" güclü ehtiyatlar və manatın sabitliyi fonunda Azərbaycanın reytinq tavanlarını yüksəldib  |     19:28 Azərbaycanda kirayə mənzil fonduna daha 359 mənzil əlavə olunub  |     19:21 Vəkillər Kollegiyasına üzv olmaq istəyən 421 nəfər üçün imtahan keçiriləcək  |     19:16 “Moody’s" Azərbaycanın kredit reytinqini investisiya səviyyəsinə yüksəldib  |     19:11 "Atletiko"nun futbolçusu İspaniyanın başqa klubuna keçib  |     19:02 “Azərxalça”nın yığılmış zərəri 24 milyon manatı keçib  |     18:57 MM borcluya üzərinə həbs qoyulan əmlakı satmaq üçün 2 ay möhlət verilməsi təklifini I oxunuşda qəbul edib  |     18:50 Sabah yağış yağacaq, külək güclənəcək - PROQNOZ  |     18:42 208 nəfər Kəlbəcər sakini itkin düşmüş kimi qeydiyyata alınıb  |     18:37 Ali Məhkəmə: Vəsiyyətnamə yoxdursa, ögey şəxslər vərəsə ola bilməzlər  |     18:30 Romada yanacaqdoldurma məntəqəsində partlayış olub, 21 nəfər yaralanıb  |     18:25 "28 May" metrostansiyasının yaxınlığında qanunsuz qoyulan köşk götürülüb  |     18:19 Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək  |     18:11 Azərbaycan qırıcıları Konyada "fil yürüşü"ndə iştirak edib, digər ölkələrin hərbi təyyarələri ilə birgə uçuş həyata keçirib  |     18:03 FHN: Son iki həftədə qeyri-çimərlik ərazilərdə yeddi nəfər batıb  |    

Özbəkistanın Azərbaycandakı Səfirliyində prezident seçkiləri ilə bağlı məntəqə yaradılıb

Özbəkistanın Azərbaycandakı Səfirliyində vətəndaşların prezident seçkilərində iştirakı üçün 27 nömrəli seçki məntəqəsi yaradılıb.

"Report" Səfirliyə istinadən xəbər verir ki, seçkilər 24 oktyabr 2021-ci il, bazar günü saat 08:00-dan 20:00-dək keçiriləcək. Seçkilərdə iştirak etmək üçün Özbəkistan vətəndaşlarının səsvermə günü pasportu ilə səfirliyə gəlmələri lazımdır.

Diplomatik nümayəndəlik artıq konsulluq sənədləri və bu ölkədə yaşayan Özbəkistan vətəndaşlarının müraciətlərinə əsaslanaraq Azərbaycanda seçicilərin siyahısını tərtib edib. Seçki komissiyasının tərkibi də səfirliyin diplomatları və Azərbaycanda daimi yaşayan Özbəkistanın ayrı-ayrı vətəndaşları arasından təsdiq edilib. Belə ki, komissiyanın sədri Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bəhrom Əşrəfxanovdur.

Ən çox seçici Bakı, eləcə də Quba, Gəncə və Sumqayıt şəhərlərində yaşayır, lakin Azərbaycanın digər bölgə və şəhərlərində yaşayan seçicilərin də seçkilərdə iştirak edəcəyi gözlənilir.

Prezident seçkilərində Özbəkistanda fəaliyyət göstərən siyasi partiyalardan 5 namizəd mübarizə aparır:

1) Özbəkistan Ekoloji Partiyasından - Narzullo Naimoviç Oblomuradov;

2) Özbəkistan Xalq-Demokratik Partiyasından - Maqsudə Əzizovna Varisova;

3) Sahibkarlar və İş Adamları Hərəkatından - Özbəkistan Liberal-Demokrat Partiyasından - Şövkət Miromonoviç Mirziyoyev;

4) Özbəkistan "Milli Tiklanış" Demokratik Partiyasından - Əlişir Gəldieviç Kodirov;

5) Özbəkistan Sosial Demokrat Partiyasından "Adolat - Bəhrom Əbdürrəhimoviç Əbduxalimov.

Bakıdakı səfirlikdə təşkil edilən seçkilərdə Özbəkistan vətəndaşlarının iştirakı ilə bağlı ətraflı məlumat almaq üçün +994124972549 nömrəsinə zəng etmək xahiş olunur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 002 20.10.21 19:31