Mojo.az — elanlar
Son Xəbərlər
22:45 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |     22:34 Gəmidə marixuana ilə tutulan dənizçiyə hökm oxundu  |     22:26 "Vef Plus" mağazasından 750 manatlıq oğurluq  |     22:21 7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu  |     22:13 Səhər və axşam yeməyinin vaxtı ömrün uzunluğuna təsir edir (ARAŞDIRMA)  |     22:08 Fransaya getmək istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq  |     22:01 Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı  |     21:56 "Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert  |     21:50 Bu marşrut üzrə əlavə qatar reysləri təşkil ediləcək - CƏDVƏL  |     21:41 Məhkəmə Köçəryanla bağlı yeni qərar verəcək  |     21:36 Vətən müharibəsindən sonra minaya düşənlərin sayı açıqlandı  |     21:29 Nigeriyada 103 "Boko Haram" üzvü öldürüldü  |     21:24 Rayon prokuroru təyin edilən şəxs bu tanınmış hakimin oğludur  |     21:15 Azərbaycan ərazisi ilə 12 milyon tondan çox tranzit yük daşınıb  |     21:10 İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb  |     21:10 Sabah yağış yağacaq  |     21:03 Bu qidalar bağırsaq xərçəngi riskini artıra bilər - TƏDQİQAT  |     20:55 Astarada kişi pilləkəndən yıxılaraq öldü  |     20:50 Bu obyekt piyada səkisinin üzərində inşa edilib? - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

"Qəbələ" Niderland klubu ilə oyuna itkilərlə çıxacaq

22.09.2021 20:31 2 523
"Qəbələ"nin U-19 komandası Niderlandın AZ klubuna qarşı UEFA Gənclər Liqasının I təsnifat mərhələsinin ilk oyununa itkilərlə çıxacaq.

Bu barədə "Report"a "Qəbələ" Futbol Akademiyasının meneceri Nail Kərimov məlumat verib.

O bildirib ki, müdafiəçi Ülvi Mədətov və hücumçu Rauf Məhərrəmov zədə səbəbindən meydana çıxmayacaq: "Hər iki oyunçunun cavab qarşılaşmasında oynayacağı ehtimal olunur. Meydana çıxanların əksəriyyəti I Diviziondakı əvəzedici heyətin futbolçuları olacaq. II turda "Neftçi-2"ni 3:1 hesabı ilə məğlub etdiyimiz qarşılaşma isə bu oyunçular üçün yaxşı sınaq idi. Qaydalara əsasən, AZ ilə matça 2002-ci il təvəllüdlü 5 oyunçu sifariş verə və 3-nü oynada bilərik".

Kərimovun sözlərinə görə, qarşılaşmasının biletləri artıq satışa çıxarılıb: "Biletləri Qəbələ şəhər stadionundan və "Qəbələ Otel"də yerləşən fan-mağazamızdan əldə etmək olar. Qiymətlər 1 manat və 3 manat (VİP) arasında dəyişir. Biletlərdən əldə olunan gəlir Qəbələ rayonundakı aztəminatlı məktəblilərin tədris xərcləri üçün istifadə olunacaq".

Menecer Niderland təmsilçisinin oyundan bir gün əvvəl Bakıya çatacağını, sonra isə Qəbələyə yollanacağını söyləyib. Kərimov görüşün canlı yayımlanmayacağını da sözlərinə əlavə edib.

"Qəbələ"nin AZ ilə oyunlar üçün iştirak ərizəsi

Qapıçılar: Kamil Nəzərli, Həsən Həsənli, Məmməd Muradov

Müdafiəçilər: İxtiyar Məmiyev, Ravil Qafarov, İbrahim Ramazanov, Nuğay Rəşidov, Xəyal Səmədov, Ülvi Mədətov, Samir Ağayev, Murad Musayev, Süleyman Damadayev, Rüfət Əhmədov, Hüseyn Mürsəlov

Yarımmüdafiəçilər: Fərid Kələntərov, Fuad Əhmədov, Aqil Nəsibov, Gülağa Əsədov, Teleh Qarayev, Emil Süleymanov, Okan Təhməzli, Şahin Şahniyarov, Rauf Rüstəmli, Rauf Məhərrəmov

Hücumçular: Elmir Hüseynli, Kənan Baxışov, Çiçin Akande (Nigeriya), Mehrac Baxşalı, Sənan Ağalarov, Emil Səfərov

Qeyd edək ki, sentyabrın 29-də Qəbələ şəhər stadionunda oynanılacaq qarşılaşma saat 17:00-da başlayacaq. Cavab görüşü oktyabrın 19-da “AZ Təlim-Məşq Mərkəzi”ndə baş tutacaq. Bu cütün qalibi növbəti raundda “Csikszereda" (Rumıniya) - "Anje" (Fransa) duelinin güclüsü ilə görüşəcək.

Son xəbərlər