Dördüncü dalğa əvvəlki 3 dalğadan da güclü olacaq - Ekspertdən SƏBƏBLƏR » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

Dördüncü dalğa əvvəlki 3 dalğadan da güclü olacaq - Ekspertdən SƏBƏBLƏR

Rusiya sentyabrın sonu dördüncü dalğaya hazırlaşır. Artıq mütəxəssislər bunun qaçılmaz olduğunu bildirir. Hər ölkədə dalğa sayları eyni olsa da, bəzilərində gec, bəzilərində tez başlayır.

Hazırda Azərbaycan üçüncü dalğanı keçir.

Median.Az xəbər verir ki, Seçenov adına universitetin mütəxəssisi Artyom Gil yeni dalğaya səbəb olacaq faktorları açıqlayıb.

"Dördüncü dalğa oktyabrın əvvəllərində gözlənilir. Mənim fikrimcə, bu mövsümi olaraq, havaların soyuması, respirator xəstəliklərin yayılması, eləcə də təhsil müəssisələrinin açılması, işçilərin məzuniyyətdən qayıtması və insanların daha çox qapalı məkanlarda olması ilə əlaqədar olacaq.

İstənilən halda, hətta qapanma olsa belə, 4-cü dalğa qaçılmazdır. Biz artıq bunun öncəki epidemioloji faktorlarını görürük.

Hazırda üşüncü dalğanın sonudur. Sutkalıq ölüm 800 nəfərdir. Dördüncü dalğanın pikində bu rəqəm 1500-ə çata bilər. Nəyə görə? Bunun bir səbəbi populyasion immunitetin aşağı səviyyədə olmasıdır. Ölkədə vaksinasiya cəmi 30% insanı əhatə edir. Əhalinin 80%- i də virusa yoluxmayıb ki, kütləvi immunitet yaransın. Bir doza ilə peyvənd olunanlar da dördüncü dalğaya düşəcək və yoluxacaq.

Digər faktor - payız və qışda daha yoluxdurucu ştamların yayılmasıdır. Delta variant 100% hallarda qeydə alınıb. Lakin deltadan ölüm halı elə də çox deyil. Amma delta qış ştammları ilə qarışsa, bu ölüm sayının artmasına ciddi təkan verəcək. Artıq heç bir qurum, şirkət işçiləri evdən işləməyə göndərməyəcək, karantin qaydaları sıradan çıxır. Mağaza, kafelər, məktəblər - hər yer açıqdır. Bu da dördüncü dalğanı birinci, ikincidən fərqləndirəcək. Çünki ötən il bu məkanlar bağlı idi.

İnsanların arxayınlaşması, virusu saymaması bizə baha başa gələcək. İndi marketlərdə, metroda belə heç kim dezinfeksiya edici məhlula yaxınlaşmır. Heç kimin çantasında spirt yoxdur. Biz pandemiyanın əvvəlindəki kimi diqqətli deyilik, amma virus ruhdan düşməyib, o daha da güclüdür. Ona görə də qurbanları artır. Dördüncü dalğa daha nəhəng olacaq. Səhiyyə sistemi, hökumət buna daha yaxşı ciddi hazırlaşır.

Epidemiyanın və dalğaların sönməsi üçün bütün dünyada və qonşu ölkələrdə, həmçiknin bizdə əhalinin 80%-i peyvəndlənmiş olmalıdır. Hələ ki, yaxın 3 ayda bu nəticəyə çatmayacağıq". /medicina.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            402 17.09.21 23:13