Mojo.az Banner
23:01 ABŞ-də təyyarə okeana düşdü  |     22:54 Erməni məhsulları gizlicə Bakı bazarında satılır? - VİDEO  |     22:47 İran Hörmüz boğazı üzərində tam strateji nəzarəti elan etdi  |     22:40 Azərbaycanda ev siçanları hantavirus yaya bilər? - AÇIQLAMA  |     22:35 Daha bir xəstəxananın direktoru və müavini işdən çıxarıldı - FOTO  |     22:27 Donald Trampın qızılı telefonunun satışına bu həftə başlanacaq  |     22:22 Azərbaycanın 7 karateçisi Avropa çempionu oldu  |     22:15 Rusiyada qəbulu planlaşdırılan qərar gündəm oldu: Kimlərə vətəndaşlıq verilməyəcək?  |     22:10 İctimai nəqliyyatda bir ilk: Üztanıma ilə ödəniş tətbiq olunacaq  |     22:03 Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın mərkəzi küçələrindən biri təmirə bağlanır  |     21:58 Ermənistanda seçicilərə rüşvət verən şəxslər həbs edildilər  |     21:51 Hantavirusdan sona norovirus: 1700 sərnişin üçün karantin elan edildi  |     21:43 Cəhənnəm istisi yaxınlaşır: Temperatur +48 dərəcəyə qədər yüksələcək  |     21:38 Laçında yeni yaşayış məhəlləsi tikiləcək - 41 milyonluq layihə  |     21:29 Narkotikə görə axtarışda olan şəxs Azərbaycandan Hindistana təhvil verildi  |     21:23 "Liverpul"un kapitanı "Qalatasaray"ın hədəfində  |     21:17 Azərbaycanda banklarla bağlı yeni qərar  |     21:09 Külək güclənəcək - XƏBƏRARLIQ  |     21:01 Bratislava ilə Bakı arasında birbaşa uçuşlar başlanacaq  |     20:55 Bu vitaminlərdən içməyin!  |    
Left Banner
Right Banner

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üçün növbəti vakansiya seçiminin vaxtı məlum olub

14.09.2021 22:04 1 182
Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üçün növbəti vakansiya seçiminin vaxtı məlum olub
Ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üçün növbəti vakansiya seçimlərinə 15 sentyabr saat 11:00-da start veriləcək.

Bu barədə “Report” Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzinə istinadən xəbər verir.

Qeyd edilir ki, 17 sentyabr saat 11:00-dək davam edəcək vakansiya seçimlərində namizədlərə 4 vakant yer seçmək imkanı veriləcək.

“Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimlərində müsabiqənin test imtahanı mərhələsində 30 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər. Vakansiya seçimi prosesində iştirak edən namizədlərə elektron ərizələrini təsdiqləməyi unutmamağı tövsiyə edirik.

Xatırladaq ki, vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti turlarda iştirakı təmin olunmayacaq. Həmçinin tutulmayan, tədris ili ərzində yeni yaranan vakant yerlərə isə namizədlərin imtahan nəticəsi və faktiki yaşayış yeri nəzərə alınmaqla əlavə yerləşdirmə həyata keçiriləcək”, - deyə Mərkəzdən bildirilib.скачать dle 11.3
Mojo.az Banner