"Azəriqaz” Salyanda “Açıq mikrofon” aksiyası keçirəcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

"Azəriqaz” Salyanda “Açıq mikrofon” aksiyası keçirəcək

Sentyabrın 16-sı saat 11:00-dan 13:00-dək Salyan rayonunun Təzəkənd kəndində quraşdırılacaq “Açıq mikrofon” yerli istixana sahiblərinin problem və təkliflərinin dinlənilməsinə xidmət edəcək.

“Azəriqaz”dan “Report”a verilən məlumata görə, hər bir sahibkar aksiyaya qoşulmağa dəvət edilir.

“Azəriqaz” İB sosial məsuliyyətdən irəli gələn addımlar çərçivəsində sahibkarlara dəstək aksiyasını davam etdirir. Təbii qazdan istifadə edərək sahibkarlıq fəaliyyəti göstərən subyektlərinin davamlı olaraq mavi yanacaqla təmin edilməsi əsas prioritetlərdən biridir.

Fasiləsiz və təhlükəsiz qaydada təbii qazla təchiz olunması sahibkarlıq subyektlərinin daha rentabelli və daha geniş müstəvidə fəaliyyət göstərməsini şərtləndirən amillərdəndir. Bu isə öz növbəsində yeni iş yerlərinin açılmasını, sözügedən subyektlərin daha da dayanıqlı olmasını təmin edir. "Azəriqaz" İstehsalat Birliyinin Salyan rayonunda təşkil edəcəyi “Səyyar qəbul otağı”nın məqsəd və məramı da məhz bundan ibarətdir. Dövlət başçımızın ağır pandemiya dövründə sahibkarlara olan xüsusi diqqəti, onlara verilən maddi dəstək, güzəştlər, vergidən azadolunmalar hər birimizin yaxşı yadındadır. Biz də xalqın xidmətçisi olaraq missiyamızı layiqli şəkildə davam etdirməkdə israrlıyıq”, - qurumun açıqlamasında bildirilib.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            465 14.09.21 19:49