“Mənnur tikinti” MMC tərəfindən Azərbaycan Respublikası əmək qanunvericiliyinin tələblərinin pozularaq qanunla nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmadan müxtəlif şəxslərin işlərin görülməsinə cəlb edilməsi, həmçinin fəhlənin tikinti zamanı az ağır dərəcəli bədən xəsarəti alması faktına dair Qazax Rayon Prokurorluğunda aparılan yoxlama nəticəsində İnzibati Xətalar Məcəlləsinin 192.1 (əmək qanunvericiliyinin pozulması) və 198.3-cü (əməyin mühafizəsi qaydalarının pozulması - zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) maddəlləri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanıb.
Bu barədə Qazax Rayon Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, toplanan materiallar baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib və məhkəmənin 2021-ci il 10 iyun tarixli qərarı ilə “Mənnur tikinti” MMC-yə 20 min manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilib.