Cəmil Babayevin taleyi necə olacaq? » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

Cəmil Babayevin taleyi necə olacaq?

Xəbər verdiyimiz kimi, avqustun 25-də Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu Cəmil Babayev Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazidəki erməni separatçılar tərəfindən saxlanılmışdı. Sentyabrın 7-də isə hərbçimiz Azərbaycanla Ermənistan arasında hərbi əsirlərin növbəti mübadiləsi prosesində Rusiya sülhməramlı kontingentinin komandanı Rüstəm Muradovun vasitəçiliyi ilə Azərbaycana qaytarılıb.

Ermənistan tərəfinin məlumatında qeyd edilirdi ki, hərbçimiz Ağdərə şəhərindəki mənzillərdən birində aşkarlanıb. Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazidəki erməni separatçılar azərbaycanlı hərbçiyə "cinayət işi” açmışdılar.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, C.Babayev Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib. Bu səbəbdən onun haqqında cinayət işi başlanılıb, araşdırma aparılır.

Hazırda isə ictimaiyyət arasında müzakirə edilən məsələ Cəmil Babayevin gələcək taleyinin necə olacağı ilə bağlıdır. Hələ ki rəsmi qurumlar tərəfindən bu barədə məlumat verilməyib.

Hərbçi ekspert Ədalət Verdiyev mövzu ilə bağlı "Qafqazinfo” ya bildirib ki, Cəmil Babayevin problemi ona həm Qarabağdakı separatçı rejim tərəfindən bir neçə maddə ilə cinayət işinin açılması, həm də Azərbaycan tərəfinin də ona cinayət işi açması ilə bağlıdır:

"Onun Ermənistanda və Azərbaycanda da tutulmaq təhlükəsi var idi. İndi Cəmil Babayev ölkəmizə qaytarılıb. O, hazırda xüsusi xidmət orqanları tərəfindən filtirasiyadan keçirilir, sorğu-sual edilir. Ölkəmizə qarşi fəaliyyətlər üçün ona hansısa bir təzyiqin olunub-olunmaması aydınlaşdırılacaq. Bu proses bir ay da çəkə bilər. Əgər belə bir fakt aşkarlanmazsa, bundan sonra prokurorluq ona qarşı açılmış cinayət işini davam etdirəcək.

Bu cinayət işinin gedişatında artıq Prokurorluq və Dövlət Təhlükəsizlik Xidməti birgə rəsmi açıqlama verə bilər. Təcrübədə adətən bizim rəsmi qurumlar tərəfindən hərbi məsələlərlə bağlı çox da informasiya verilmir. Ona görə də gözləməkdən başqa çarəmiz qalmır.

Bütün hallarda Cəmil Babayevi istər Ermənistanda, istərsə də burada yaxşı heç nə gözləmirdi. Müdafiə Nazirliyinin verdiyi məlumata istinad etsək, fərarilik etmiş şəxs tutulmalıdır. Rüstəm Muradovla birgə yayımlanan şəkildə bir anormallıq hiss olunurdu, amma bu anormallıq ermənilər tərəfindən ona edilən təzyiqlə bağlı da ola bilər.

Nazirlik bildirir ki, əsgər psixiatriya bölməsindən qaçıb. Ancaq mən Gəncə hospitalına zəng vururam, bildirirlər ki, bizdə psixiatriya şöbəsi yox, nevrologiya bölməsi var. Əgər əsgər psixiatriya şöbəsindən qaçırsa, niyə o əsgər formasında olub? Bu məsələdə bir sıra suallar olsa da, ancaq hələ ki bir cavab yoxdur".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            309 10.09.21 23:59