Bakıda tikilən yerüstü metro stansiyası ilə bağlı açıqlama » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Xərçəng xəstəliyi ilə bağlı önəmli araşdırma: D vitamini nəyə qadirdir?  |     22:49 Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)  |     22:36 “Xarıbülbül” eksklüziv, limitli kolleksiyasına daxil olan xalçaların kəsim mərasimi keçirilib  |     22:29 Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib  |     22:20 Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək  |     22:14 Salyanda avtomobil traktorla toquşub, xəsarət alan var  |     22:07 "Dərinsulu Günəşli" platformasından hasilat müvəqqəti dayandırılıb  |     22:00 Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olanların sayı açıqlanıb  |     21:48 Füzulidə 3 otaqlı ev yanıb  |     21:41 Ermənistanda delimitasiyaya etiraz edən şəxslər İrəvan-Sevan yolunu bağlayıb - VİDEO  |     21:35 Azərbaycan cüdoçusu Avropa çempionu olub  |     21:29 Buğdanın qiyməti niyə ucuzlaşır? (ŞƏRH)  |     21:22 Azərbaycanda bu məşhur zavod bağlanır  |     21:14 İstanbul terrorçusu 7 ömürlük və 1794 il həbs cəzası aldı  |     21:08 Talıb Talenin toyu olacaq (VİDEO)  |     20:49 Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb  |     20:42 Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var  |     20:39 MTK və sakinlər qarşı-qarşıya: Yeddi ildir kirayədə yaşamağa məcburuq - VİDEO  |     20:34 Etiraz aksiyasında iştirak edən erməni deputatlar saxlanılıb  |     20:25 Azərbaycanlı deputat ATƏT PA-nın Büro iclasında iştirak edəcək  |    

Bakıda tikilən yerüstü metro stansiyası ilə bağlı açıqlama

Bakıda inşa edilən yerüstü metro stansiyasında 7 vaqonluq platforma olacaq.

Median.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xudmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, metronun Bənövşəyi xətti üzrə xidmət edəcək "Xocahəsən" elektrik deposu ilə yanaşı ərazidə yerüstü metro stansiyanun tikintisi davam edir: "Elektrik deposunda hazırda Bənövşəyi xətt üzrə artıq istismarda olan 3 stansiya üzrə hərəkət edən qatarların təmirinə, xidmət və qulluq üçün lazım olan infrastruktur və qurğuların quraşdırılmasına başlanıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

İkinci istiqamət isə depo ərazisində yerüstü metro stansiyasının da tikintiasi davam edir. Hazırda yerüstü stansiyanın keçidləri və platformasında inşaat normalarına uyğun olaraq işlər aparılır. Bundan əlavə, stansiyanın Xocahəsən deposundan "Avtovağzal" stansiyası tunellərinə qədər olan yol infrastrukturu qurulur. Yerüstü metro stansiyasında 7 vaqonluq platforma olacaq. Yerüstü metro stansiyası və deponun gələn ilin sonunda istifadəyə veriləcəyi gözlənilir".//qaynarinfoскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            366 10.09.21 23:45