MDB Oyunları: Azərbaycan badmintonçuları yarımfinala yüksəlib » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:04 Park edilən avtomobil zədələndikdə kim məsuliyyət daşıyır?  |     22:58 “Adsız Mercedes”lərin istehsalı başlandı - FOTO  |     22:50 “28 May”ın ətrafı: 75 il 44 saniyədə - VİDEO  |     22:42 Bərdədə çayda batan Əlinin - Fotosu  |     22:37 ÇL-də İngiltərənin 6 klubu olacaq  |     22:30 Axirətin olduğuna ən çox inanan ölkələr - SİYAHI  |     22:25 Ətir alarkən aldanmayın - Qoxunun necə dəyişdiyini izləyin  |     22:18 Rafael Ağayev əməliyyat olundu - FOTO  |     22:13 “Teleqram”da YENİLİK - İstifadəçilər bunu eyni zamanda edə biləcəklər  |     22:05 Alça bu insanlara qəti QADAĞANDIR – ARAŞDIRMA  |     21:59 Yeni “iPhone"larda güclü RAM-lar quraşdırılacaq - “Apple”dən mühüm dəyişiklik  |     21:53 KT və MRT müayinəsinin QİYMƏTİ AÇIQLANDI  |     21:47 “WhatsApp”da hər kəsi sevindirəcək FUNKSİYA: Yeni düymə əlavə edildi  |     21:39 20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur? - İcbari Tibbi Sığortanın 3 "dostu"  |     21:34 "Ferrari" ilk elektrik avtomobilinin təqdimatını təxirə saldı  |     21:25 Azərbaycanda birgünlük icbari avtosığorta mümkündürmü? - ARAŞDIRMA  |     21:19 770 min manat vergi borcu olan şirkət kimindir?  |     21:12 BŞTİ: 207 saylı məktəbin direktorunun vəsait tələb etməsilə bağlı iddialar araşdırılacaq  |     21:04 Yanğın, sel, zəlzələ... - Evimizi necə sığortalayaq?  |     20:59 Ceyhun Mirzəyevin yeganə qızı Moskvada küçədə yaşayır - VİDEO  |    

MDB Oyunları: Azərbaycan badmintonçuları yarımfinala yüksəlib

Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında badminton üzrə 5 kateqoriyada yarımfinalçılar müəyyənləşib.

"Report"un Tatarıstan paytaxtına ezam olunan əməkdaşının məlumatına görə, oğlanların şəxsi yarışında Azərbaycan təmsilçisi Diki Pangestu 1/4 finalda Özbəkistan badmintonçusu Biloliddin Koçkarboevə 2:0 hesabı ilə qalib gəlib. Pangestu yarımfinalda Rusiya təmsilçisi Georgiy Lebedevlə qarşılaşacaq.

Məhəmməd Xədafi ən güclü 4-lüyə vəsiqə uğrunda Qazaxıstan idmançısı Dmitriy Panarinə 0:2 hesabı ilə uduzub. Aqil Qəbilov isə 1/4 finalda Rusiya badmintonçusu Amir Hamidulinə eyni hesabla məğlub olub.

Şəxsi kateqoriyada qızların yarışında 1/4 finalda mübarizə aparan Azərbaycanın digər təmsilçisi Era Maftuha da yarımfinala yüksəlib. Maftuha özbək Sevinc Sodikova üzərində 2:0 hesablı qələbə qazanıb. O, finala yüksəlmək üçün belaruslu Marina Yanbayevanı mübarizədən kənarlaşdırmalıdır.

Oğlanların qoşa yarışında qrup mərhələsini adlayan Diki Pangestu-Məhəmməd Xədafi cütü yarımfinalda Amir Hamidulin-Pavel Moniç cütü ilə qarşılaşacaq.

Qarışıq-qoşada pley-offa yüksələn Aqil Qəbilov – Era Maftuha tandemi isə yarımfinalda Pavel Moniç – Regina Qaliaxmetova (Rusiya) ilə üz-üzə gələcək. Qızların qoşa yarışında Nigar Əliyeva – Həcər Nuriyeva cütü isə mübarizəni qrup mərhələsində dayandırıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            975 10.09.21 19:36