Mojo.az Banner
18:21 Sabahdan kirayə mənzil üçün müraciətlər müvəqqəti dayandırılır  |     18:08 Bakıda məktəbli qətlə yetirildi, sinif yoldaşı saxlanıldı  |     17:44 Leysan, dolu və qar gözlənilir - Xəbərdarlıq  |     17:36 Bakıda kişi arvadını dişlədi, tava ilə döydü  |     17:28 Sabiq idarə rəisinin məhkəməsində şahidlər hansı faktları açıqladılar?  |     17:09 Müəllimləri hansı böyük dəyişikliklər gözləyir? – təhsillə bağlı diqqətçəkən AÇIQLAMA  |     17:01 Pulsuz hüquqi yardımdan əsassız imtina qadağan edilir  |     16:51 Azərbaycanda əlavə iş yerləri yaradılacaq  |     16:27 Mingəçevirdə qadın bıçaqlandı - Əri tutuldu  |     16:26 Gürcüstanda azərbaycanlı qətlə yetirildi  |     16:13 Abşeronda yaşayış binasında partlayışa dezodorant səbəb olubmuş - Təfərrüat - Video  |     16:05 Alim Qasımovla Pünhan Piriyev arasında 15 minlik qalmaqal  |     16:04 Toyda kütləvi dava düşdü: Bir nəfər ölüm ayağındadır  |     15:48 Qızılın qiyməti bu qədər ucuzlaşdı – Şad XƏBƏR  |     15:46 Rusiyada vəba siqnalı: Azərbaycana keçə bilərmi? — Nələri bilməliyik?  |     15:28 Azərbaycanlıların da olduğu gəmidə batan daha bir nəfərin meyiti tapıldı  |     13:50 Yeni dünya çempionumuz Əhməd Yusifov böyük zəfərindən danışdı  |     13:41 Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana qayıdıb  |     13:36 1 saatlıq bilet al, həm metroya min, həm avtobusa – Yeni təklif  |     13:18 Pensiya və təqaüdlərin ödəniləcəyi tarix açıqlandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Yeni “iPhone"larda güclü RAM-lar quraşdırılacaq - “Apple”dən mühüm dəyişiklik

09.05.2025 21:59 1 869
Yeni “iPhone
“Apple” yeni “iPhone 17 Pro” və “Pro Max” modellərində səmərəliliyi artırmaq üçün mühüm bir yeniliyə imza atıb. Şirkət bu modellərdə ilk dəfə olaraq “12 GB RAM” istifadə edəcək.
 
Yüksək güc tələb edən tətbiqlər və oyunlar üçün böyük üstünlük yaradacaq bu dəyişiklik, eyni zamanda çoxtapşırıqlı istifadə və süni intellekt əsaslı funksiyalarda daha axıcı və sürətli təcrübə vəd edir.
 
Yaddaş tədarükü baxımından isə “Apple” yenə də etibarlı tərəfdaşlarına güvənir. Cənubi Koreya şirkəti “Samsung” bu modellərin əsas “RAM” tədarükçüsü olacaq və istehsalın təxminən 70%-ni qarşılayacaq. Bununla yanaşı, “SK hynix” və “Micron” kimi digər texnologiya nəhəngləri də tədarük zəncirində mühüm rol oynayacaqlar.
 
Yeni seriyanın əsas modelləri “iPhone 17” və “İPhone 17 Air” isə ilkin mərhələdə “8 GB RAM” ilə təqdim ediləcək. Lakin analitiklərə görə, tədarük vəziyyətinə uyğun olaraq, “Apple iPhone 17 Air” modelində də “12 GB RAM” seçimini dəyərləndirə bilər.
 
Mütəxəssislər bu addımı gələcəkdə bütün “iPhone” modellərində daha yüksək “RAM” tutumlarının standartlaşacağının göstəricisi kimi qiymətləndirirlər.
//sfera.azскачать dle 11.3
Mojo.az Banner