Mojo.az Banner
23:01 "WhatsApp"ın yeni funksiyası məxfiliyə risk yarada bilər - İstifadəçilərə xəbərdarlıq  |     22:56 Sabiq icra başçısının həbs müddəti uzadıldı  |     22:49 Azərbaycanda ən çox və ən az maaş olan sahələr (SİYAHI)  |     22:43 Bu ölkədə 843 dildə danışılır: Niyə bu qədər çox dil sağ qalıb?  |     22:35 "Çoban" ləqəbli müğənni Türkiyədə Azərbaycanı təmsil etdi  |     22:30 Ukraynada hərbi vəziyyətin müddəti uzadıldı  |     22:22 AQTA "Azəridad" kolbasa sexində nöqsanlar aşkarladı  |     22:17 Sabah çimərliklərdə hava necə olacaq?  |     22:09 Azərbaycanda bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI  |     22:04 Fransada meşələri yandıran 59 nəfər həbs edildi  |     21:56 Axtarışda olan Tuqay Hüseynov Azərbaycana gətirilir  |     21:50 Oman sahillərində gəmiyə hücum: Xəsarət alanlar var  |     21:48 UEFA Çempionlar Liqası: TNS - "Sabah"ı qəbul edir - CANLI  |     21:02 Gəncədə yas mərasimində daha bir KÜTLƏVİ ZƏHƏRLƏNMƏ  |     20:52 22 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində həlak oldu  |     20:51 Bakıda iki küçədə hərəkət məhdudlaşdırılacaq - XƏBƏRDARLIQ  |     20:44 Paytaxtda avtobuslar toqquşdu: Sərnişinlər arasında tanınmış aktyor da var - VİDEO  |     20:42 Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın üç küçəsində təmir işləri yekunlaşdı  |     19:54 Binəqədidə idman zalından 5 min manatlıq saat oğurlanıb  |     19:28 "Anamı və arvadımı cin-şeytan kimi görürdüm" - Goranboydakı dəhşətli cinayətin TƏFƏRRÜATI  |    
Left Banner
Right Banner

Azərbaycanda birgünlük icbari avtosığorta mümkündürmü? - ARAŞDIRMA

09.05.2025 21:25 585
Azərbaycanda birgünlük icbari avtosığorta mümkündürmü? - ARAŞDIRMA
Azərbaycanda avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə bağlı müqavilənin müddəti qanunla 1 il müəyyən edilsə də, beynəlxalq təcrübədə qısamüddətli müqavilələrə də rast gəlinir.

Məsələn, qonşu Rusiyada icbari avtosığortanı 24 saatlıq da almaq mümkündür.

Bu isə avtomobildən nadir hallarda - az istifadə edən şəxslərə sığorta xərclərini xeyli azaltmaq imkanı yaradır. Bəs Azərbaycanda birgünlük icbari avtosığorta mümkündürmü? Qısamüddətli sığorta məhsulları bu sahəyə hansı üstünlüklər gətirə bilər?

Median.Az xəbər verir ki, “Report” mövzu ilə bağlı araşdırma aparıb.

"Rusiya təcrübəsini Azərbaycana gətirmək elə də çətin deyil"

Sığorta bazarı üzrə ekspert Kamran Babayev hesab edir ki, Rusiya təcrübəsini Azərbaycana gətirmək elə də çətin deyil, bunun üçün sadəcə qanunvericilikdə dəyişiklik etmək, İcbari Sığorta Bürosunun (İSB) texniki imkanlarını qısamüddətli müqavilələrə uyğunlaşdırmaq lazımdır: "Xüsusilə "İcbari sığortalar haqqında" qanuna düzəliş edilməli, qısamüddətli sığorta məhsullarının satışı üçün texniki imkanlar yaradılmalı, İSB-nin informasiya sistemi bu yeniliyə uyğunlaşdırılmalıdır. Eyni zamanda polis əməkdaşlarının bu məhsulu tanıması və real vaxt rejimində yoxlama imkanına malik olması təmin edilməlidir".

Ekspertin fikrincə, birgünlük sığortanın satışı avtomobildən mövsümi və yaxud nadir hallarda istifadə edən şəxslərə seçim imkanı yaradacaq: "Bundan başqa, ölkəyə qonaq gələn, qısa müddətə avtomobil idarə edən şəxslər üçün də bu məhsul rahat alternativ ola bilər. Həmçinin, qısamüddətli sığorta ucuz olacağı üçün kütləvi satıla, sığorta bazarında əhəmiyyətli artımla nəticələnə bilər".

"Yenilik mütərəqqidir, amma mənfi məqamları ola bilər"

"Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyindən isə “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Rusiya bazarında tətbiq olunan bu yenilik özlüyündə mütərəqqi islahat sayılsa da, müəyyən mənfi məqamları da istisna etmir: "Bu məhsul gələcəkdə sığorta dələduzluqlarının artması riskini daşıya bilər: Çünki qısa müddətli müqavilələrin monitorinqi və sığorta hadisələrinin araşdırılması daha çətin ola bilər. Hər bazarın öz tələbləri və şərtləri var. Rusiyada avto-icbari sığorta üzrə penetrasiya səviyyəsi təxminən 90 %-dir və bu məhsul məhz bu əhatəni daha da artırmaq məqsədi daşıyır. Halbuki, Azərbaycanda bu rəqəm 100 %-ə yaxındır və bu, ölkə üçün sevindirici göstəricidir. Bu səbəbdən də, hazırkı mərhələdə belə bir yenilik yerli bazar üçün prioritet deyil".

Bu isə həmin müqavilələrə münasibətdə şəxsin sığorta təminatı ilə əhatə olunma müddətinə olan ehtiyacından irəli gəlir. Belə ki, şəxs Azərbaycanın ərazisinə səfər etdiyi müddət ərzində sığorta təminatı ilə əhatələnir.

Beynəlxalq təcrübədə qısamüddətli sığorta müqavilələri əsasən səfər, yükdaşıma, müvəqqəti inşaat işləri və qısa müddətli tədbirlərlə əlaqədar fəaliyyətlər zamanı tətbiq olunur. Azərbaycanda isə 3-cü şəxslərə vurulan zərərlərin qarşılanmasını təmin edən icbari məsuliyyət sığortalarının illik (fasiləsiz) şəkildə tətbiqi daha məqsədəuyğun sayılır”.

Nəticə olaraq, ekspertlərin və tənzimləyici qurumun yanaşmalarını müqayisə etdikdə aydın olur ki, birgünlük və yaxud qısa müddətli icbari avto-sığortanın ölkədə tətbiqi hüquqi və texniki baxımdan mümkün olsa da, hazırkı normativ mühit və risk səviyyəsi belə məhsulun tətbiqini hələlik məhdudlaşdırır.скачать dle 11.3
Mojo.az Banner