Xətai rayonu Əhmədli qəsəbəsində məişət tullantıları daşınmır.
Bu barədə qəsəbənin Sarayevo 18 ünvanında yaşayan sakinlər məlumat verib.
Bildirilib ki, Əhmədlidə məişət tullantıları üçün qablar qoyulsa da, təmizlənmir.
Qalaqlanan zibillər daşınmadığı üçün ətrafda yaşayan insanlar kəskin qoxudan şikayətçidirlər.