Prezidentin tapşırığı ilə Türkiyəyə Azərbaycandan yardım dəstələri göndəriləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:49 Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb  |     22:34 Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb  |     22:27 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən oğurluq etdi  |     22:19 FHN "işə düzəldən" şəxsə cəza verildi  |     22:13 Bakıda yeni “mall” bu tarixdə açılacaq (FOTO)  |     21:56 Dostları Əməkdar artistə 111 000 AZN borcludur (VİDEO)  |     21:50 AP çirkli pullara qarşı mübarizədə 10 min avroluq nağd ödəniş limitini təsdiqlədi  |     21:41 Cəlilabadda yol qəzası olub, iki nəfər yaralanıb  |     21:30 Göyçayda inzibati xətalara yol verən 88 nəfər cəzalandırılıb  |     21:19 Ankarada fabrik yanır  |     21:12 "Real"ın qapıçısı zədəsini sağaldıb  |     21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |    

Prezidentin tapşırığı ilə Türkiyəyə Azərbaycandan yardım dəstələri göndəriləcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına müvafiq olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyəyə Azərbaycandan yardım dəstələri göndəriləcək.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Prezidentin köməkçisi deyib: “Bununla əlaqədar olaraq, Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Baş nazirinə və Fövqəladə Hallar Nazirliyinə lazımi tapşırıqlar və göstərişlər verilib. Müvafiq dövlət qurumları Türkiyədən olan tərəf müqabilləri ilə əlaqə qurub və ən qısa zamanda yardım dəstələri qardaş ölkəyə yola düşəcək”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            642 30.07.21 11:16