Mojo.az Banner
23:04 Almaniya hökuməti yüzlərlə əfqanın ölkəyə qəbulundan imtina etdi  |     22:59 "Google Maps"a sürücülər üçün faydalı funksiya əlavə olundu  |     22:51 Bu sual məktəblilərə verilib? - Rəsmi açıqlama  |     22:46 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşdi  |     22:41 "Bu halda karta vəsaitin daxil olması qeyri-formal məşğulluq kimi qiymətləndirə bilər" - Ekspert  |     22:34 "Baku Mall"da maşınını şarja taxdı - Qiyməti görüb şoka düşdü (FOTO)  |     22:29 Bakı–Bratislava birbaşa uçuşlarına start verilir  |     22:22 Azərbaycana casusluq etdiyi deyilən erməni diplomatla bağlı qərar verildi  |     22:17 Biləcərini su basdı - Video  |     22:11 Məşhur opera müğənnisi oğlu tərəfindən öldürüldü  |     22:03 Dövlət sektoru üzrə istehsalat qəzaları ilə bağlı sığorta ödənişini DSMF yerinə yetirəcək  |     21:58 “Qarabağ” hesabı açdı  |     21:52 “Qarabağ” - “Ayaks” oyunu başladı - CANLI  |     21:51 "Xiaomi" gəlirsizlik səbəbindən 1000-dən çox mağazanı bağlayacaq  |     21:42 İslandiya "Eurovision-2026"da iştirak etməyəcək  |     21:40 İsveçrədə yeni prezident seçildi  |     21:11 Prezidentin rektor təyin etdiyi Rövşən İsmayılov kimdir?  |     21:08 Bakıda hər 44 nəfərə bir mağaza düşür - Son 5 ildə 2,3 dəfə artıb  |     20:53 Azərbaycanda özəl data mərkəzi yaradılacaq  |     20:50 Bakıda Azərbaycan-Rusiya siyasi məsləhətləşmələri keçirildi  |    
Left Banner
Right Banner

Masallıda COVID-19 pasportu olmayanlar toylara buraxılmayıb

27.07.2021 19:28 684
Masallıda COVID-19 pasportu olmayanlar toylara buraxılmayıb
Masallı Rayon Polis Şöbəsinin əməkdaşları fəaliyyətinə qanunamüvafiq qaydada icazə verilən şadlıq evlərində profilaktiki tədbirlər keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə,tədbirlər zamanı şadlıq evi rəhbərlərinə Operativ Qərargahın qəbul etdiyi toy, nişan, ad günü və digər mərasimlərin keçirilməsi barədə qərarlarla bağlı məlumatlar verilib, hansı sayda və hansı normalara uyğun qonaqların qəbul edilməsinin mümkünlüyü çatdırılıb.

Həmçinin, şadlıq saraylarında keçirilən mərasimlər zamanı toya dəvət olunan qonaqların COVID-19 pasportları yoxlanılıb. Qonaqlar arasında peyvənd olunmayan şəxslər isə məclislərə buraxılmayıb.

Şöbə əməkdaşları vaksinasiyadan keçməyən vətəndaşlarla profilaktiki söhbətlər apararaq mövcud qaydalara riayət etmələrinin vacibliyi çatdırıblar.скачать dle 11.3