Mojo.az Banner
23:02 45 yaşlı aktyor evində ölü tapıldı  |     22:51 "Qızıl top" mükafatı qaydalarında dəyişiklik olunacaq  |     22:46 Azərbaycana düyü idxalı azalıb  |     22:40 Dənizin ortasında susuzluqdan öldülər  |     22:34 İran hərbi çağırış yaşını 12-yə endirdi  |     22:27 Salah A Seriyasına qayıda bilər  |     22:20 Abbas Əraqçi humanitar yardımlara görə Azərbaycan dilində ölkəmizə təşəkkür etdi  |     22:15 "Bu sözüm sənətçilərin xətrinə dəyir" - Zamiq Hüseynov  |     22:06 İranda su anbarı atəşə tutuldu  |     22:01 Mingəçevir su anbarında itkin düşən 5 nəfər tapıldı  |     21:56 Kəlbəcərdə yük avtomobili dərəyə aşdı: Ölənlər var - ADLAR  |     21:48 İran Əbu-Dabidə zavoda zərbələr endirdi: Yaralılar var  |     21:42 Azərbaycandan Rusiyaya ixrac artıb  |     21:37 106 nömrəli marşrut xəttində gecikmələr baş verir? - AÇIQLAMA  |     21:31 Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanıldı  |     21:24 "Dünyada dəyişikliklər fonunda qarğıdalı yeyirik"  |     21:19 Vərəm xəstəliyinə niyə kişilər daha çox yoluxur?  |     21:08 Bakıda "Xruşovka"lar yeni investisiya aləti kimi istifadə edilir? - Video  |     21:00 Hakan Fidan Pakistana səfər edəcək  |     20:54 Novruzdan sonra əl yandıran qiymətlər: Çərəzlər ucuzlaşmadı - VİDEO  |    
Left Banner
Right Banner

Almaniya hökuməti yüzlərlə əfqanın ölkəyə qəbulundan imtina etdi

10.12.2025 23:04 393
Almaniya hökuməti yüzlərlə əfqanın ölkəyə qəbulundan imtina etdi
Almaniya hökuməti hazırda bu ölkəyə gəlmək üçün Pakistanda gözləyən əfqan vətəndaşların qəbulunu dayandırır.

Median.Az
"Welt” nəşrinə istinadla xəbər verir ki, Daxili İşlər Nazirliyinin nümayəndəsi təxminən 640 nəfərə yaxın günlərdə qəbul üçün artıq siyasi marağın olmaması barədə məlumat veriləcəyini bildirib. Həmin şəxslər üçün geri dönüş imkanları və ya üçüncü ölkəyə çıxışla bağlı dəstək təklif ediləcək. Onların əksəriyyəti Əfqanıstanda Taliban hakimiyyətinə qarşı çıxan və ictimai həyatda fəal olan şəxslərdir. Almaniyanın qəbul proqramlarının dayandırılması, Əfqanıstanda alman təşkilatları üçün çalışmış şəxsləri də əhatə edir. Daxili İşlər Nazirliyi həmin şəxslərin köməksiz qalmayacağını və sığınacaqlarda Almaniyanın dəstəyindən istifadə edə biləcəklərini açıqlayıb.

Almaniyada fəaliyyət göstərən 250-dən çox təşkilat hökumətə açıq məktub ünvanlayaraq, əfqan vətəndaşlara vəd edilmiş qəbul proqramlarını reallaşdırmağa çağırıb.

Hazırda Pakistanda təxminən 1800 əfqan vətəndaşı Almaniyaya qəbul edilmək üçün gözləyir. Onların 70 faizdən çoxu qadın və uşaqlardır. Pakistan hökuməti onlara ilin sonuna qədər ölkəni tərk etməyəcəkləri təqdirdə Əfqanıstana deportasiya olunacaqları barədə xəbərdarlıq edibскачать dle 11.3
Mojo.az Banner