Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:08 Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım edilib | 11:03 General Natiq Əliyevin qızı saxlanıldı | 22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO |
Mojo.az Avto
Mojo.az Avto

Talibandan qadınlara yeni qadağalar

24.08.2024 20:17 1 335
Talibandan qadınlara yeni qadağalar
Əfqanıstanda hakim Taliban qruplaşması qadınlara üzləri açıq şəkildə danışmağa və ümumiyyətlə ictimai yerlərdə görünməyə qadağa qoyub.

Bu barədə "Associated Press" məlumat yayıb.

Qeyd olunur ki, Əfqanıstanın Əxlaqın Təbliği və Vitsenin Qarşısının Alınması Nazirliyi avqustun 21-də qanun qəbul edib. Bu qadağa gündəlik həyatın musiqi, bayramlar, ictimai nəqliyyat və təraş kimi aspektlərini əhatə edən ilk rəsmi Bəyannaməyə daxil edilib.

Nazirliyin sözçüsü Maulvi Abdul Qhafar Faruq deyib ki, İslam qanunları fəziləti təbliğ etmək və pisliyin aradan qaldırılmasında böyük kömək olacaq.

Avqustun 21-də Əfqanıstan hakimiyyətinin BMT-nin insan haqları üzrə xüsusi məruzəçisi Riçard Bennetin ölkəyə girişinə qadağa qoyub. Talibanın sözçüsü Zabihullah Mücahid bildirib ki, Bennett "anti-Əfqan təbliğatında" və "Əfqanıstandakı vəziyyətlə bağlı dünyaya təhrif olunmuş məlumat verməkdə" ittiham olunur.

Avqustun 17-də Taliban Əfqanıstanda üç illik sakitlik üçün özlərini tərifləyiblər. Taliban nümayəndəsinin sözlərinə görə, hazırda Əfqanıstanda Talibanın hakimiyyətə gəldiyi gün kimi qeyd olunan 2021-ci il avqustun 15-dən sonra ölkədə ticarət və biznes fəallığının səviyyəsi rekord səviyyəyə yüksəlib.

Son xəbərlər