Mojo.az Banner
21:24 Ermənistan Kərkini qaytarır? - Qriqoryandan AÇIQLAMA  |     21:15 Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq: Tarixlər açıqlandı  |     21:10 "Sumqayıt" amerikalı basketbolçunu transfer etdi  |     20:56 Azərbaycanda kuryoz olay: Süni intellekt şöbəsinin əməkdaşlarının kompüteri yoxdur (VİDEO)  |     20:51 Kirayə yaşadıqları mənzili satdılar: 196 minlik dələduzluğun detalları  |     20:45 Bibiheybət məscidindən və "Dəniz Mall"ın namaz otağından oğurluq etdi - "Hacı" həbs edildi  |     20:37 Taksidə turistlərlə mübahisə edən 62 yaşlı sürücü 15 gün həbs edildi  |     20:32 Hansı rayonların icra başçısı yoxdur?  |     20:24 Azərbaycanda ən çox alınan avtomobillər (SİYAHI)  |     20:19 Qəhvə əslində enerji vermir: Kofein yorğunluq hissinə necə təsir edir?  |     20:11 "Gəzə bilmirəm" - Abid Şərifov  |     20:06 Azərbaycan çempionatında IX turun oyun cədvəli  |     19:58 Kiyev cəbhə şəhərinə çevrilir  |     19:53 Şagird məktəbdə müəllimini öldürdü - Slovakiyada  |     19:47 Sabah yağış yağacaq  |     19:39 Bakıdakı bu evlər söküləcək - VİDEO  |     19:34 Qubada 63 yaşlı kişi ağacdan yıxılaraq öldü  |     19:25 188 mindən çox şəxsə pensiya və müavinət ödənilib  |     19:20 Payızda saç tökülməsi niyə artır? - Trixoloq açıqladı  |     19:14 Bakıda hazırda bəzi yollarda sıxlıq var - SİYAHI  |    
Mojo.az Avto
Mojo.az Avto

Prezidentin rektor təyin etdiyi Rövşən İsmayılov kimdir?

10.12.2025 21:11 702
Prezidentin rektor təyin etdiyi Rövşən İsmayılov kimdir?
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Şahin Məhərrəm oğlu Əliyevi Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru vəzifəsindən azad edib. Digər sərəncamla Rövşən Rəhim oğlu İsmayılov Ədliyyə Akademiyasının rektoru təyin edilib.

Rövşən İsmayılov 1971-ci il mayın 8-də Bakı şəhərində anadan olub. 1994-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib və həmin ildən BDU-nun Konstitusiya hüququ kafedrasında müəllim vəzifəsində çalışıb. 2006-cı ildən dosentdir. 1995-ci ildə qəbul olunmuş Azərbaycan Konstitusiyasının Hazırlanması Komissiyasının işçi qrupunun üzvü olub.

2000-ci ildə Odessa Milli Hüquq Akademiyasında hüquq elmləri namizədi alimlik dərəcəsi alıb, elmi işi "Azərbaycan Vətəndaşlıq İnstitutu” mövzusuna həsr olunub. 1996-2001-ci illərdə Avropa İnsan Hüquqları Mərkəzi (Bakı) Şurasının üzvü olub, 1997-ci ilin fevralından 2003-cü ilə kimi isə Xəzər Universitetində müəllim işləyib. 2002-ci ildə (fevral-iyun) və 2005-ci ildə (yanvar-avqust) ABŞ-ın İndiana Universitetində elmi məzuniyyət və Fulbrayt proqramı çərçivəsində elmi tədqiqat aparıb.

2006-cı ilin fevral ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü təyin olunub. 2008-2017-ci illərdə Avropa Şurasının İrqçilik və Dözümsüzlüyə qarşı Komissiyasının (ECRI) üzvü olub, 22 iyun 2010-cu ildə Prezidentin təqdimatı əsasında Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunub. 2017-ci ildən Avropa Şurası Venesiya Komissiyasının üzvüdür.скачать dle 11.3
Mojo.az Banner