Küləkli hava şəraiti neçə gün davam edəcək? » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:58 Ukrayna daha 140 hərbçisinin meyitini geri qaytarıb  |     18:46 Qəzza üzrə təmas qrupu Səudiyyə Ərəbistanında toplaşacaq  |     18:29 “Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək” - Cümüyə 18 il həbs verildi  |     18:22 Bakının bir rayonunda qaz kəsiləcək  |     18:09 Ermənistan XİN: “İrəvan Bakıdan sülh müqaviləsi üzrə növbəti təklifləri alıb”  |     17:59 Sürücülük təlimçisi olmaq üçün hansı tələblər var? - VİDEO  |     17:55 Erməni deputat: “Tavuş və Qazax arasındakı ərazidə sərhədin demarkasiyası texniki cəhətdən başa çatıb”  |     17:44 Bəzi tikinti materialları BAHALAŞACAQ  |     17:33 Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO  |     17:12 Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq  |     17:04 Bakıda qıza görə dava: yeniyetmə bıçaqlandı  |     16:58 Geyiminə görə mağazadan qovuldu - Bakıda qəribə hadisə (VİDEO)  |     16:38 Təcili tibbi yardım əməkdaşlarına xəsarət yetirən şəxsə hökm oxundu  |     16:13 Bəstəkarın qızı: “Kim icazə almadan atamın mahnılarını oxusa, məhkəməyə üz tutacağam”  |     16:00 Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?  |     15:43 Yasamalda tikili və obyektlərin fasadlarında alkopanların söküntüsünə başlanıldı (VİDEO)  |     15:42 Şirkət rəhbərinin ölkədən çıxışına "stop" qoyulur  |     15:29 İlham Əliyev Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətinin dayandırılmasından DANIŞDI  |     15:26 Bakıda dördaylıq körpənin pəncərədən düşərək ölməsi ilə bağlı TƏFƏRRÜAT  |     15:12 Şoyqu “Crocus”da törədilən terror aktının təfərrüatını açıqlayıb  |    

Küləkli hava şəraiti neçə gün davam edəcək?

Bakıda və Abşeron yarımadasında iyulun 25-də gözlənilən hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-25° isti, gündüz 29-32° isti, Bakıda gecə 23-25° isti, gündüz 29-31° isti olacaq.

Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.

Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət amildir.

İyulun 25-dən 27-si gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, yarımadanın bəzi yerlərində arabir 20 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti olacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            621 24.07.21 16:15