İlham Əliyevlə Putinin görüşündə əsas məqsəd: “İlk növbədə Zəngəzur dəhlizi işə düşməlidir” - ŞƏRH » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Xərçəng xəstəliyi ilə bağlı önəmli araşdırma: D vitamini nəyə qadirdir?  |     22:49 Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)  |     22:36 “Xarıbülbül” eksklüziv, limitli kolleksiyasına daxil olan xalçaların kəsim mərasimi keçirilib  |     22:29 Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib  |     22:20 Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək  |     22:14 Salyanda avtomobil traktorla toquşub, xəsarət alan var  |     22:07 "Dərinsulu Günəşli" platformasından hasilat müvəqqəti dayandırılıb  |     22:00 Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olanların sayı açıqlanıb  |     21:48 Füzulidə 3 otaqlı ev yanıb  |     21:41 Ermənistanda delimitasiyaya etiraz edən şəxslər İrəvan-Sevan yolunu bağlayıb - VİDEO  |     21:35 Azərbaycan cüdoçusu Avropa çempionu olub  |     21:29 Buğdanın qiyməti niyə ucuzlaşır? (ŞƏRH)  |     21:22 Azərbaycanda bu məşhur zavod bağlanır  |     21:14 İstanbul terrorçusu 7 ömürlük və 1794 il həbs cəzası aldı  |     21:08 Talıb Talenin toyu olacaq (VİDEO)  |     20:49 Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb  |     20:42 Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var  |     20:39 MTK və sakinlər qarşı-qarşıya: Yeddi ildir kirayədə yaşamağa məcburuq - VİDEO  |     20:34 Etiraz aksiyasında iştirak edən erməni deputatlar saxlanılıb  |     20:25 Azərbaycanlı deputat ATƏT PA-nın Büro iclasında iştirak edəcək  |    

İlham Əliyevlə Putinin görüşündə əsas məqsəd: “İlk növbədə Zəngəzur dəhlizi işə düşməlidir” - ŞƏRH

Azərbaycan və Rusiya prezidentləri arasındakı görüş müsbət atmosferdə keçdi”.

Bu fikri oxu.az-a açıqlamasında Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Rasim Musabəyov Azərbaycan Prezidentli İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan görüşlə bağlı deyib.

Millət vəkilinin sözlərinə görə, prezidentlərin özlərinin çıxışlarını, onların görüş zamanı əhval-ruhiyyəsini, eləcə də mətbuata verilən açıqlamaları dəyərləndirsək, görüşün müsbət keçdiyini deyə bilərik:

“Biz görüş zamanı qarşılıqlı hörmət, olduqca nəzakətli və dostcasına münasibət müşahidə etdik. Bütün bunları nəzərə alsaq, görüş müsbət dəyərləndirilməlidir”.

Deputat görüşün əsasını təşkil edə biləcək məsələlərdən danışıb. O vurğulayıb ki, hazırda əsas məqsəd ilkin olaraq Zəngəzur dəhlizinin işə düşməsidir:

“Prezident İlham Əliyev region üzrə bütün nəqliyyat xətlərinin, o cümlədən, Zəngəzur dəhlizinin fəaliyyətə başlamalı olduğunu bildirmişdi. Bu layihənin 90 faizi Azərbaycan hesabına maliyyələşdirilir və həyata keçirilir. Layihənin Zəngəzurda olan hissəsini isə Rusiya Dəmir Yolları həyata keçirməlidir. Ermənistan tərəfi bütün bu tikinti işlərinə başlamadan öncə öz yüklərinin Gürcüstandan keçərək Rusiya və Mərkəzi Asiyaya daxil olmasını istəyirlər. Lakin, biz bunu etmirik. Qeyd etdiyim kimi, ilk növbədə region üzrə bütün dəhlizlərin açılmasını təmin edəcək qərarlar verilməlidir. Düşünürəm ki, Prezident İlham Əliyev bu məsələni Moskvada müzakirə edib”.

Rasim Musabəyov qeyd edib ki, dəhlizin işə düşməsi ilə bağlı ortaq qərardan sonra digər məsələlər də müzakirə oluna bilər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            384 21.07.21 16:52