Bu gün "WhatsApp" və "Instagram" kimi beynəlxalq platformalara daxilolmada problem yaranıb.
Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYT) bildirilib.
Məlumata görə, problem lokal deyil, qlobal xarakter daşıyıb: "Dünyanın bir çox ölkələrindən olan istifadəçilər bu problemlə qarşılaşdıqları barədə məlumat paylaşıblar. Artıq problem aradan qalxıb".