Mojo.az Banner
19:16 Şəkidə avtomobil aşdı - Ölən və yaralananlar var  |     19:11 Anasını qətlə yetirən şəxsin məhkəməsi başladı  |     19:02 Tanışı olan qızla avtomobili cızan 26 yaşlı oğlan CƏZALANDIRILDI  |     18:57 Dövlət köçürülən cərimələrə nəzarəti artırdı  |     18:50 Anasını öldürməkdə ittiham olunan oğulun məhkəməsi başlayıb  |     18:45 "Əgər bir şəxsin kartına gündə 50 dəfə pul daxil olursa, bu, şübhə oyatmalıdır. Şübhəli əməliyyatlar yoxlanılmalıdır"  |     18:45 Kredit kartlarına LİMİT: "İnanılmaz dərəcədə böyük borclanma var idi"  |     18:37 Bakıda gənc qız cinsi istismara məruz qaldığını iddia edir - ARAŞDIRMA BAŞLADI  |     18:23 Bəzi şəxslər pensiyaya çıxanda yüksək miqdarda birdəfəlik ödəniş alacaqlar  |     18:15 Qardaşı oğlunu öldürən Vətən müharibəsi iştirakçısına ağır cəza verildi  |     18:13 Paytaxtın hansı küçələrində sıxlıq var?  |     18:12 Hərbi xidmətə yollanan diplomatlara üçaylıq məvacib həcmində müavinət veriləcək  |     17:58 Ərdoğan Bakı ilə danışıqlardan sonra Makronun Ermənistandan quru sərhədini keçib Türkiyəyə getməsinə icazə vermədi  |     17:20 Azərbaycanda "Yol hərəkəti haqqında" qanun dəyişdi  |     17:12 Baş nazir bəzi həkimlərin maaşı ilə bağlı QƏRAR İMZALADI  |     17:12 Paşinyan Moskvaya dəvət olundu  |     17:05 Bakıdakı uşaq bağçasında işəqəbul maxinasiyası: Şikayətçilər necə aldadıldıqlarını açıqladılar  |     17:00 Azərbaycanda vətəndaşlar maaş bankını sərbəst seçə biləcəklər  |     16:51 Bolşeviklərin adları küçələrdən götürülsün - Deputatdan TƏKLİF  |     16:48 Dostunun məhkəməsinə gedən şəxs HƏBS EDİLDİ  |    
Left Banner
Right Banner

AVRO-2020: Xorvatiya millisi yenə qələbə qazana bilmədi

18.06.2021 22:29 2 082
AVRO-2020: Xorvatiya millisi yenə qələbə qazana bilmədi
Futbol üzrə Avropa çempionatının D qrupunda II tura start verilib.

"Report"un məlumatına görə, ilk oyunda qələbə qazanan Çexiya millisi Xorvatiya yığması ilə qarşılaşıb. Şotlandiyanın Qlazqo şəhərindəki "Hempden Park" stadionunda oynanılan görüş 1:1 hesabı ilə başa çatıb.

Matçda ilk qol 37-ci dəqiqədə vurulub. Penaltidən fərqlənən Patrik Şik çexiyalıları önə keçirib. Bu qol 25 yaşlı hücumçunu hələlik bombardirlər siyahısında birinci sıraya yüksəldib. Komandalar fasiləyə bu hesabla yollanıblar. Xorvatiya yığması ikinci yarının əvvəlindəcə tarazlığı bərpa edib. İvan Perişiç 47-ci dəqiqədə rəqibi məyus edib.

Bu heç-heçədən sonra xallarını 4-ə çatdıran Çexiya millisi ilk pillədəki yerini qoruyub. Xorvatiya isə 1 xalla üçüncüdür.

Qeyd edək ki, D qrupunun digər oyunu bu gün İngiltərə və Şotlandiya yığmaları arasında olacaq. Londondakı "Uembli" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
скачать dle 11.3
Mojo.az Banner