Mojo.az Banner
21:35 Moskvadan sərt mesaj: "Üçüncü dünya müharibəsi alovlanır”  |     21:17 “5 min manatımı ala bilmirəm” - Şəhid anası şirkət rəhbərindən şikayətçidir  |     21:14 Daha iki rayonda heyvan bazarlarının fəaliyyətinə icazə verildi  |     21:04 Daha bir klinika cərimələndi - Diplomsuzlar işləyirmiş  |     20:57 "Mançester Yunayted" yüzlərlə azarkeşin abonementini ləğv etdi  |     20:34 Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə XƏBƏRDARLIQ  |     20:17 Fransanın mərkəzi bankı 1797-ci ildən bəri ilk dəfə defolt təhlükəsi barədə xəbərdarlıq edib  |     20:14 Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq  |     20:08 Bakıda sakinlərin həyatını “cəhənnəmə” çevirən nədir? - VİDEO  |     20:04 "Merry Beauty" və "A1 kitab Evi"ndə oğurluq  |     19:58 Premyer Liqa: "Neftçi" V turun açılış oyununda qələbə qazanıb  |     19:57 ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi  |     19:45 Paytaxtın üç küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq  |     19:38 Vuçiç sentyabrın sonunda istefa verəcək  |     19:19 Bu 4 bürcün həyatında dəyişikliklər başlayır  |     19:18 Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı  |     19:03 Xarici diplomatlar Cıdır düzündə  |     18:53 iPhone almaq istəyənlərə şad xəbər — Bu modellər ucuzlaşa bilər  |     18:38 Bakının mərkəzində küçədə yıxılan kişi öldü  |     18:34 Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda vətəndaşlar maaş bankını sərbəst seçə biləcəklər

06.05.2026 17:00 585
Azərbaycanda vətəndaşlar maaş bankını sərbəst seçə biləcəklər
Azərbaycan Mərkəzi Bankı (AMB) yaxın aylarda bank sektorunda əmək bürokratizasiyası həyata keçirməyi planlaşdırır.

Median.Az
"Report"a istinadən xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

"Bankların xərcləri artır. Çünki bir tərəfdən, son illər inflyasiya yüksək olub, digər tərəfdən isə bu sektorda dayanıqlılığın təmin edilməsi üçün əlavə tələblər qoymuşuq. Xüsusilə informasiya texnologiyaları (İT) infrastrukturu, kibertəhlükəsizlik, informasiya təhlükəsizliyi üçün indiyə qədər olmamış tələblər qoyulub. Həmçinin dövlətin tənzimlədiyi qiymətlərin artımı bankların xərclərinə təsir edir. Üstəlik, rəqabət güclüdür, bu da faizlərə təsirini göstərəcək.

Əsas istəyimiz odur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə müvafiq inteqrasiyaları həyata keçirək, həm dövlət, həm özəl sektorda çalışan şəxslər istədiyi bankdan maaşını ala bilsin. Növbəti mərhələdə bu, pensiyaçılara da aid olacaq, xüsusilə Bakı şəhərini və Abşeron rayonunu əhatə edəcək. Ümumilikdə biz bu prosesi vətəndaş üçün çox sadə etmək istəyirik. Odur ki, həm İT infrastrukturu, həm də proqram təminatı nöqteyi-nəzərindən işlər görülməlidir. Yəqin ki, üç-dörd aya biz buna nail olacağıq", - deyə o qeyd edib.скачать dle 11.3
Mojo.az Banner