Mojo.az Banner
23:00 Oturaq iş rejimi olanlar buna diqqət etməlidir  |     22:56 Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 3500-ü keçib  |     22:51 Özbəkistanda pensiya yaşı artırılır  |     22:43 "Bəniz"in apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı bəlli oldu  |     22:38 Bu işçilərlə bağlı qayda ləğv olundu  |     22:30 Sentyabrın ən sirli günləri: Bu bürclərin başına qeyri-adi hadisə gələcək  |     22:25 Uşağınız yaşıdlarından tez yorulursa, diqqət  |     22:16 "Çelsi" Bastoni üçün 68 milyon funt ödənməyə hazırdır  |     22:10 Xırdalanda qumbara partlayışında ölən qız idmançı imiş  |     22:02 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı rəsmi açıqlama  |     21:55 Dələduzluqla nəticələnən "kafel işi: 39 min manatı necə mənimsədi?  |     21:50 İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - VİDEO  |     21:41 Çinə giriş-çıxış çətinləşdi: Yeni qaydaları pozanlar üçün böyük cərimə  |     21:35 Məhkəmə qaynını öldürüb, arvadını baltalayan çoban haqqında qərar verdi  |     21:28 "Roşka"nın məhkəməsində yeni xüsusat: Ekspert dindiriləcək  |     21:23 Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO  |     21:15 Siqaret istəyi 6 aylıq həbslə nəticələndi  |     21:09 Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib  |     21:02 Kənd yumurtası bahalaşacaq, broyler isə... - Ekspertdən açıqlama  |     20:54 FHN-də iş, torpağa çıxarış, təqaüd vədi - On minlərlə manatlıq dələduzluq işinin detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Ərdoğan Bakı ilə danışıqlardan sonra Makronun Ermənistandan quru sərhədini keçib Türkiyəyə getməsinə icazə vermədi

06.05.2026 17:58 696
Ərdoğan Bakı ilə danışıqlardan sonra Makronun Ermənistandan quru sərhədini keçib Türkiyəyə getməsinə icazə vermədi
Mayın 3-5-də Avropa İttifaqı-Ermənistan sammitində iştirak üçün İrəvanda səfərdə olan Fransa Prezidenti Emmanuel Makron siyasi simvolik bir jest etməyi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün oradan bağlı quru sərhədi vasitəsilə Türkiyəyə keçməyi planlaşdırırdı.

Səfər əvvəlcədən Türkiyə tərəfinin ayrı-ayrı nümayəndələri ilə razılaşdırılmışdı. Lakin məsələ Türkiyə dövlət başçısı səviyyəsinə qaldırıldıqda, strateji müttəfiqi Azərbaycanla müzakirələrdən sonra o, Makrona rədd cavabı verib.

Bu barədə "AZfront" "Telegram" kanalı bir neçə məlumatlı mənbəyə istinadən bildirib.

Ehtimal ki, Makron uğursuz xarici siyasətinin beynəlxalq tənqid olunması fonunda Ermənistandan Türkiyəyə səfərini özünün diplomatik çəkisinin nümayişinə çevirməyə ümid edirdi. Fransa prezidentinin 30 ildən çoxdur bağlı olan Türkiyə-Ermənistan sərhədini keçməsi ikitərəfli kommunikasiyaların üçüncü tərəf vasitəsilə açılmasına misligörünməmiş nümunə ola bilərdi.

Afrika və Yaxın Şərqi itirən, İsraillə münasibətləri pozan və Ukrayna istiqamətində heç nəyə nail olmayan Makronun bu uğursuz cəhdi bir daha öz geosiyasi ambisiyaları ilə Parisin beynəlxalq arenadakı real çəkisi arasındakı fərqi ortaya qoydu.

"Fransa diplomatiyası Makron dövründə sürətlə öz əhəmiyyətini itirir", - deyə Fransanın "Le Journal du Dimanche" qəzeti mayın 5-də yazıb.

Maraqlıdır ki, bu fonda Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıçın açıqlamaları rezonans doğurub. O bəyan edib ki, "İrəvanda özünü evdəki kimi hiss edir" və Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması başladıqdan sonra erməni həmkarı Rubinyana təkliflər verərkən "Türkiyənin deyil, ermənilərin maraqlarını rəhbər tutub".

Azərbaycan KİV qeyd edir ki, onun ritorikası Türkiyə hökumətinin rəsmi xəttinə ziddiyyət təşkil edir və milli maraqlardan geri çəkilmək kimi qəbul edilə bilər.скачать dle 11.3
Mojo.az Banner