Vaqif Mustafayevin mülkləri müsadirə olunur? - Ciddi maliyyə pozuntuları aşkarlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

Vaqif Mustafayevin mülkləri müsadirə olunur? - Ciddi maliyyə pozuntuları aşkarlandı

Hüquq mühafizə orqanları tərəfindən aparılan yoxlamalar zamanı “Space” TV-nin sabiq rəhbəri Vaqif Mustafayevin fəaliyyəti dövrünə aid ciddi maliyyə pozuntuları aşkarlanıb.

Bu barədə Demokrat.az-a məlumat daxil olub.

Bildirilib ki, hazırda Vaqif Mustafayevin fəaliyyəti araşdırılır, əmlaklarının müsadirə olunması gözlənilir.

Araşdırma zamanı məlum olub ki, Vaqif Mustafayevin fəaliyyəti dövründə telekanalın dövlətə, həmçinin “Azərikosmos” ASC-yə külli miqdarda borcu yaranıb.

Eyni zamanda şirkətdə çalışmış işçilərin əməkhaqları illərlə verilməyib, onların hüquqları kobud şəkildə tapdalanıb, bütün bunlar isə televiziyanın fəaliyyətində ciddi problemlərə və axsamalara səbəb olub.

Digər məlumata görə, “Space” TV-nin indiki rəhbərliyi bir neçə verilişin gələn həftədən dayandırılmasına qərar verib. Bəzi işçilər ödənişsiz olaraq məzuniyyətə göndəriləcək. Onlara bildirilib ki, Vaqif Mustafayevin əmlakı müsadirə olunaraq satıldıqdan sonra yaranmış əməkhaqqı borcu işçilərə ödəniləcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            336 18.06.21 11:22