“Spice Girls” 2007-ci ildən sonra ilk dəfə yeni mahnısını buraxacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:23 Sabah yenə yağış yağacaq - PROQNOZ  |     13:22 XİN rəhbəri: Azərbaycan Malta ilə ikitərəfli əməkdaşlığı genişləndirməyə hazırdır  |     13:13 Ukrayna Xarkovdan minlərlə insanı təxliyə etdi: Rusiya bölgədə irəliləyir  |     12:48 Azərbaycan iqtisadiyyatı 4 % artıb  |     12:46 Türk konsulu qətlə yetirən ASALA terrorçusu İrəvanda saxlanılıb - VİDEO  |     12:38 Hindistanda reklam lövhəsinin uçması nəticəsində ölənlərin sayı artdı  |     12:38 Azərbaycan XİN İsraili təbrik etdi  |     12:35 UEFA qərar verdi: Futbolda yeni qaydalar tətbiq olunacaq  |     12:35 Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib  |     12:34 Elşad Hacıyev: “Kibertalama riskləri artır, hər kəs diqqətli olmalıdır”  |     12:33 Dövlət Departamenti Azərbaycan və Ermənistanın tez bir zamanda sülh razılaşmasına nail olmasını dəstəkləyir  |     12:30 Bakıda sürücü ilə sərnişinlər arasında pandus mübahisəsi - RƏSMİ AÇIQLAMA (VİDEO)  |     12:25 Minimum əməkhaqqı nə qədər arta bilər? - AÇIQLAMA  |     12:24 Oğuzda 14 kəndin internet təminatı kəsildi - SƏBƏB  |     12:02 Çörəyin içərisindən taxta parçası ÇIXDI: Zavod CƏZALANDIRILDI - RƏSMİ  |     12:00 Göyçayda sel: Çay yatağı zibillə dolub-daşdı - VİDEO  |     11:59 Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK  |     11:57 Təhsil kreditləri alanların siyahısı genişləndirildi - YENİLİK  |     11:55 Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı QƏRAR  |     11:54 Maştağada əvvəllər məhkum olunmuş kişi özünü asdı  |    

“Spice Girls” 2007-ci ildən sonra ilk dəfə yeni mahnısını buraxacaq

Britaniyanın “Spice Girls” pop qrupu 14 il ərzində ilk dəfə yeni mahnısını buraxacaq.

“Report” xəbər verir ki, bu barədə “Daily Mail” bildirib.

Qeyd edilir ki, kollektivin keçmiş və hazırkı üzvləri qrupun məşhur olduğu “Wannabe” hitinin 25 illiyi şərəfinə toplaşacaqlar.

Məlumata görə, yeni mahnının adı "Feed Your Love"dur. Onu 9 iyulda dinləmək mümkün olacaq. Mahnını Ceri Xorner, Melani Çisxolm, Emma Banton, Melani Braun və Viktoriya Bekhem ifa edəcəklər.

Qeyd edək ki, “Spice Girls” qrupu 1994-cü ildə Böyük Britaniyada yaranıb. Qrup təxminən 10 il mövcud olub, sonra dağılıb. Lakin üzvlər 2018-ci ildə yenidən birləşib. Yalnız Viktoriya Bekhem geri qayıtmayıb. 2019-cu ildə “Spice Girls” qastrol səfərinə çıxıb. Onlar 13 konsert verərək, 4,5 milyon avro qazanıblar.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            465 15.06.21 18:44