Azərbaycan İlahiyyat İnstitutu ötən il 154 min manat mənfəət əldə edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:38 "Nərmin işi": İlkin Süleymanovdan xəbər var  |     15:35 İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi  |     15:27 Nazirin şirkəti keçmiş rəisi məhkəməyə verdi  |     15:11 Sankt-Peterburqda çaya düşən avtobusla bağlı daha bir nəfər saxlanılıb  |     14:48 Bəzi qadınların maaşı artırıla bilər  |     14:46 Bəzi məhsulların qiyməti artıb - SİYAHI  |     14:45 40 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var  |     14:44 Xocalı Rayon Məhkəməsinə sədr təyin edildi  |     13:21 Külli miqdarda aksiz markasız siqaret aşkarlanıb  |     13:09 Ermənistan XİN rəhbəri: “Almatıda Azərbaycanla danışıqlar konstruktiv şəraitdə keçdi”  |     12:59 Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası gözlənilir  |     12:44 ATƏT sədri Bakıya gələcək  |     12:26 Əməkdar artist vəfat etdi  |     12:08 11-ci sinif şagirdi faciəvi şəkildə öldü  |     12:08 Azərbaycanda biznesmenin ölümünə səbəb olan həkimə hökm oxundu  |     12:06 Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı  |     12:03 Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - DOSYE (FOTO)  |     12:00 Müdafiə Nazirliyində yüksək vəzifəyə TƏYİNAT  |     11:59 Hindistan yükləri Azərbaycan ərazisindən istifadə edərək daşıyacaq  |     11:58 Bakıda sahibsiz itlərin hücumuna məruz qalan yeniyetmənin vəziyyəti AÇIQLANDI  |    

Azərbaycan İlahiyyat İnstitutu ötən il 154 min manat mənfəət əldə edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 2020-ci ili 154 min manat mənfəətlə başa vurub. Halbuki, 2019-cu ildə İnstitutun gəlirləri və xərcləri bərabər olmuşdu.

“Report” xəbər verir ki, ötən il Aİİ əvvəlki ilə nisbətən 21,5% çox - 2,117 milyon manat gəlir əldə edib. Bunun demək ki, hamısı qeyri-birja əməliyyatlarından əldə olunub, yəni dövlət büdcəsindən ayırmalardır.

Hesabat dövründə Aİİ-nin xərcləri isə 12,7% artaraq 1,964 milyon manat, o cümlədən sərf etdiyi materialların dəyəri təxminən 17% artaraq 37 min manat, əmək haqqı və işçilərlə bağlı digər xərcləri 22,2% artaraq 1,593 milyon manat, amortizasiya xərcləri təxminən 4 dəfə artaraq 16 min manat, sair əməliyyat xərcləri isə 21,3% azalaraq 317 min manat olub. İnstitut mənfəət vergisi ödəməyib.

Bu il yanvarın 1-nə Aİİ-nin aktivləri 880 min manat olub ki, bu da illik müqayisədə 5,4 dəfə çoxdur. Hesabat dövründə 563 min manatlıq öhdəlikləri formalaşıb, balans kapitalı isə 94,5% artaraq 317 min manat təşkil edib.

Xatırladaq ki, Aİİ ölkə prezidentinin 9 fevral 2018-ci il tarixli sərəncama əsasən, din mütəxəssislərinin yetişdirilməsini və ilahiyyat elminin inkişafı məqsədlə yaradılıb. Onun nizamnamə kapitalı 100 min manatdır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            336 11.06.21 17:20