Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu vəfat edib
Bu barədə Bakı və Azərbaycan Yeparxiyasının mətbuat katibliyindən bildirilib.
Qeyd edək ki, arxiyepiskop Aleksandr 13 iyun 1952-ci ildə Rusiya Federasiyasının Yaroslavl şəhərində doğulub. O, Moskva Ruhani Seminariyasını bitirib və 1988-ci ildə arximandrit səviyyəsinə yüksəlib. Aleksandr İşein 28 dekabr 1998-ci ildə Bakı yeparxiyasının yepiskopluğuna təyin olunub. 18 iyul 2012-ci ildə isə arxiyepiskop dini dərəcəsinə yüksəlib.
Mərhum 27 dekabr 2018-ci ildən Azərbaycan İlahiyyat İnstitutunun Himayəçilər Şurasının üzvü olub.
