Mojo.az Banner
13:55 Mehriban Rəhimliyə hökm oxundu  |     13:44 Sabunçuda lombarddan 22 min manatlıq oğurluq edilib  |     13:12 Azərbaycanda ov mövsümü başlayır - Tarix açıqlandı  |     12:57 Azərbaycandan Ukraynaya humanitar yardım göndərildi  |     12:38 Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq  |     12:28 Məhkəmə ekspertizası ilə bağlı qaydalar dəyişir: Bir istisna var  |     11:47 Azərbaycanda daha bir qida məhsulunun qiyməti kəskin artdı - Video  |     11:34 Azərbaycanda istilik mövsümü vaxtından əvvəl başlayacaq?  |     11:29 Uşağın ürəyi qəfil dayana bilərmi? – Kardioloqdan XƏBƏRDARLIQ  |     11:26 Kənd yumurtası buna görə bahalaşıb – AÇIQLAMA  |     11:03 Bakıda qadın qətlə yetirildi - Əri saxlanıldı  |     23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanlı alim ABŞ-dən deportasiya edilir

15.01.2026 22:54 675
Azərbaycanlı alim ABŞ-dən deportasiya edilir
ABŞ-da yaşayan və Buffalo Universitetində çalışan azərbaycanlı alim Şövqi Hüseynov səhv yol seçimi nəticəsində immiqrasiya orqanları tərəfindən saxlanılıb və hazırda İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) Batavia şəhərindəki təcridxanasında tutulur.

Median.Az
"Modern.az"a istinadən xəbər verir ki, Ş.Hüseynov yanvarın 7-də avtomobillə hərəkət edərkən səhvən Kanadaya aparan Sülh körpüsünə daxil olub. Daha sonra Buffaloya qayıtsa da, ABŞ sərhəd agentləri tərəfindən saxlanılıb. ABŞ Gömrük və Sərhəd Mühafizəsi Xidmətinin sözçüsü bildirib ki, agentlər Hüseynovun ABŞ-dan deportasiya oluna biləcəyini müəyyən ediblər və onu İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinə təhvil veriblər.

Saxlanmanın konkret hüquqi əsasları isə açıqlanmayıb.

Buffalo Universitetinin sözçüsü Con Della Kontradanın verdiyi məlumata görə, Şövqi Hüseynov 2022-ci ildən etibarən ABŞ Daxili Təhlükəsizlik Departamenti tərəfindən təsdiqlənmiş iş icazəsi əsasında Ceykobs Tibb və Biotibbi Elmlər Məktəbində tədqiqatçı kimi fəaliyyət göstərir.

ICE sözçüsü isə Hüseynovun ölkəyə universitet tələbələri və tədqiqatçılar üçün nəzərdə tutulan J-1 vizası ilə daxil olduğunu, hazırda isə onun başqa viza və ya hüquqi status üçün müraciətinin baxılma mərhələsində olduğunu bildirib. Bununla yanaşı, ICE Hüseynovun “hazırda etibarlı hüquqi statusa malik olmadığını” iddia edib və deportasiya prosesinin başladıldığını açıqlayıb.

Qeyd edək ki, Ş.Hüseynovun heç bir cinayət keçmişi yoxdur və onun ABŞ-da 2029-cu ilə qədər işləməsinə imkan verən iş icazəsinin mövcud olduğu bildirilir.

Şövqi Hüseynov bu vəziyyətlə üzləşən yeganə şəxs deyil. Son bir il ərzində Buffalo ərazisində Kanadaya aparan körpülərə səhvən daxil olan ən azı beş nəfər immiqrasiya orqanları tərəfindən saxlanılıb. Lakin hüquq müdafiəçilərinin bildirdiyinə görə, bu statistika yalnız daha əvvəl deportasiya edilmiş şəxsləri əhatə edir. Hüseynov kimi səhv dönüş etdikdən sonra saxlanılan, lakin cinayət məsuliyyətinə cəlb olunmayan şəxslərin sayı daha çoxdur.

Xatırladaq ki, Ş.Hüseynov 4 ildir Jacobs Məktəbində mürəkkəb nevrologiya tədqiqatları aparır, beyin və immun sisteminin necə birlikdə işlədiyini anlamaq üçün opioid asılılığı olan siçanların beynindəki müxtəlif bioloji hadisələrə diqqət yetirir. O, həmkarları ilə birlikdə bir neçə tədqiqat məqaləsi dərc edib .скачать dle 11.3
Mojo.az Banner