Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:47 Uşaqlarını internata qoyub evə qayıtdı, arvadını bıçaqladı - Xaçmazdakı cinayətin təfərrüatı | 14:41 Noyabrın ən şanslı bürcləri bəlli oldu – Kimləri uğur gözləyir? | 14:27 Noyabrda ardıcıl 4 gün iş olmayacaq | 14:13 Green Card arzusu niyə yarımçıq qalır? – Trampın miqrasiya siyasətinin pərdəarxası | 14:00 Jurnalistlərlə bağlı hadisələrin arxasında hansı səbəblər dayanır? – Açıqlama | 13:54 Ceyranbatan gölündə meyit tapılması xəbəri ilə bağlı AÇIQLAMA | 13:36 Binədə törədilən qətllə bağlı ailənin azyaşlı övladı: "Atam dedi ki, əgər burada qalmasanız, sizin üçün yaxşı olmayacaq" | 13:26 Universitet və kolleclərdə vahid geyim forması tətbiq olunacaq? | 13:09 Çimnaz Sultanovanın əsl ölüm səbəbi ilə bağlı yeni iddia | 13:06 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi - Video | 13:01 Geyim qaydalarına əməl etməyən şagirdlərə attestat verilməyəcək? - Rəsmi açıqlama | 12:57 Azərbaycanda reabilitasiya mərkəzlərindən biri ləğv olunur | 12:53 İstilik mövsümünə daha tez başlanılan rayonların sayı xeyli artırıldı - Siyahı (Yenilənib) | 12:38 Koronavirus yenidən baş qaldırır: Azərbaycana təhlükə varmı? | 12:32 200 min manatlıq rüşvətə görə həbs edilən vəzifəli şəxslərdən xəbər var | 12:22 Müəllim olmaq istəyənlərin nəzərinə: Vakansiyalar elan edilir | 12:20 Oğuzda meşədən yanmış kişi meyiti tapıldı | 12:19 25 gün meteor yağışı olacaq | 12:09 İşdən çıxarılan şəxslərə kredit borcları ilə bağlı şad xəbər | 11:44 Novxanı-Pirşağı yolunda qəza: 5 nəfər xəsarət aldı |
Mojo.az Avto
Mojo.az Avto

Şəhidin həyat yoldaşı: Çalışacağam ki, oğlanlarım ataları kimi layiqli övlad olsunlar - VİDEO - FOTO

09.06.2021 23:35 1 446
Şəhidin həyat yoldaşı: Çalışacağam ki, oğlanlarım ataları kimi layiqli övlad olsunlar - VİDEO - FOTO
Vətən müharibəsinin ilk günündən komandiri olduğu tank bölüyü ilə Füzuli istiqamətində döyüşə atılaraq, düşmənin ön cəbhə xəttini yaran zabitlərimizdən biri də şəhid baş leytenant Namiq Mailovdur.

Median.Az
AZƏRTAC-a istinadən bildirir ki, uşaqlıqdan özünə qəhrəman generallarımızı örnək seçən Namiq Mailov, 2001-2003-cü illərdə həqiqi hərbi xidmətdə olarkən həyatını hərb sənətinə həsr etməyi qarşısına məqsəd qoyur. Elə bu amalla gizirlikdən zabit hərbi rütbəsinə qədər yüksəlir. O, 2011-ci ildə könüllü olaraq Füzuli rayonunda tank taborunda xidmətə göndərilir. 2016-cı ildə kiçik leytenant rütbəsində bölük komandiri kimi Aprel döyüşlərinə qatılır. Həmin döyüşlərdə yaralanmasına baxmayaraq, igid tankçı sağaldıqdan sonra yenidən xidmətə qayıdır.

Vətən müharibəsinin ilk günü - sentyabrın 27-də isə Füzuli rayonu uğrunda gedən döyüşlərdə Namiq Mailov qorxmadan savaş meydanına atılaraq, düşmənin ön cəbhə xəttini yarır, bir neçə istehkam məntəqəsini və texnikasını məhv edir.

Şəhid atası Abış Mailov deyir ki, oğlu ilə qürur duyur. O, Vətən müharibəsində qəhrəmancasına döyüşdü. Dörd kəndin düşməndən azad edilməsində onun böyük payı olub. Namiq işğalçı ermənilərə ağır zərbələr endirərək düşmən cəbhəsini yarıb və irəlidə gedərək şəhidlik zirvəsinə ucalıb.

Namiq həyat yoldaşı Arzu ilə elə sentyabrın 27-də səhər 9-un yarısı danışmışdı. "Haqqını halal elə, uşaqlardan muğayat ol. Özünüzə yaxşı baxın" demişdi. Mən ona, bir söz deməyə imkan tapa bilmədim. Elə dedi, telefonu söndürdü. Sonuncu danışığımız oldu. İki övladımız var. Onlar da hərbçi olmaq istəyirlər. Çalışacağam ki, ataları kimi layiqli övlad olsunlar", - deyə şəhidin həyat yoldaşı bildirib.

Şəhidimizin özündən sonra Vətənə, ailəsinə əmanət qoyduğu 2 oğul övladı - 11 yaşlı Cəsur və 6 yaşlı Cahid yadigar qalıb. Onlar da ataları kimi hərbçi olmaq istəyi ilə vətənpərvər ruhda böyüyürlər.

Namiq Mailov oktyabrın 4-də Biləsuvar şəhər qəbiristanlığında torpağa tapşırılıb. Şəhid baş leytenant ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Son xəbərlər