Azərbaycanlı jurnalist ərəb mediasında ermənilərin məscidlərimizi təhqir etməsindən yazdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

Azərbaycanlı jurnalist ərəb mediasında ermənilərin məscidlərimizi təhqir etməsindən yazdı

Jurnalist Pərvanə İbrahimovanın Misirin nüfuzlu “Nilenews” və Əlcəzairin “Əl Hərir” portallarında “Ermənilər tərəfindən Azərbaycan məscidlərinin murdarlanması mədəni irsə barbar münasibətdir” sərlövhəli geniş məqaləsi dərc olunub.
"Report" xəbər verir ki, məqalədə 1988-1993-ci illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ ərazisi və onun ətrafındakı 7 rayonun işğal edilməsi faktına diqqət çəkilir, Azərbaycan ərazisinin 20 faizinin itirilməsi, qaçqınların və məcburi köçkünlərin sayının 1 mln. nəfəri keçməsi qeyd olunur.
Müəllif BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə, ATƏT-in Minsk qrupunun fəaliyyətinə toxunur, İslam Əməkdaşlıq Təşkilatının Ermənistanı təcavüzkar dövlət kimi tanıyan qətnamələrin müəllifi olduğuna diqqət çəkir. Qeyd edir ki, Birinci Qarabağ müharibəsindən ikinci Qarabağ müharibəsinədək olan müddətdə Azərbaycan münaqişənin beynəlxalq hüququn prinsipləri əsasında həlli üçün çox mühüm baza yaradıb, sadəcə münaqişəyə ikili yanaşma onun həllinin 30 il müddətində nizama salınmaması ilə nəticələnib.


44 günlük Vətən Müharibəsində Azərbaycanın təkcə hərbi sahədə deyil, diplomatik arenada və informasiya müharibəsində də birmənalı qələbə qazanmasına diqqət çəkən müəllif Prezident İlham Əliyevin dünyanın əsas informasiya resurslarına, nəhəng media korporasiyalarına müsahibələri, bəzən qərəzli, birtərəfli mövqe əks etdirən suallara təmkin, səbr nümayiş etdirərək tarixi fakt və dəlillərə söykənmiş cavabları ilə ölkəmizin haqq səsini bir daha bütün dünyaya nümayiş etdirməsini xüsusi olaraq vurğulayır.
Həmçinin qeyd edilir ki, erməni qəsbkarları Qarabağda bütün tarixi, mədəni, dini abidələri - məscidlər, türbələr, qəbiristanlıqlar, məzarüstü abidələri məhv edib, Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidini dağıdaraq yararsız hala salıb, içərisində ev heyvanları, o cümlədən donuz saxlanılıb ki, bu da Ermənistanın bəşəri dəyərlərə olan mənfi münasibəti ilə yanaşı, xalqımızın, bütövlükdə müsəlman dünyasının dini dəyərlərinə hörmətsizlik, 1954-cü ildə Haaqada qəbul edilmiş “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında Konvensiya”ya ziddir.
Müəllif qeyd edir ki, Prezident İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva Ağdam məscidinin düşmən tərəfindən vəhşicəsinə dağıdılmasını, təhqir edilməsini böyük üzüntü ilə seyr edib, dövlət başçısı Məkkədən gətirdiyi “Qurani-Kərim”i Ağdam məscidinə bağışlayaraq bu torpaqlara Azərbaycan xalqının, onun şəhidlərinin canı, qanı bahasına, qəhrəmanlarının şücaəti hesabına dönməyin mümkün olduğunu vurğulayıb: “Mən xoşbəxt adamam ki, dörd dəfə Məkkə ziyarətində olmuşam. Bir dəfə rəhmətlik atamla, üç dəfə isə Prezident kimi. Xoşbəxtəm ki, mən ailə üzvlərimlə bərabər müqəddəs Kəbənin içində dualar etmişəm. Hər bir insanın ürəyində nə varsa, mənim ürəyimdə də eyni duyğulardır. Etdiyim duaların arasında birinci duam torpaqlarımızın işğaldan azad edilməsi idi”.


Erməni vandalizminin dünyanın müxtəlif ölkələrindəki müsəlman icmalarının, o cümlədən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) narazılığına səbəb olduğunu qeyd edən jurnalist təşkilatın Xarici İşlər Nazirləri Şurasının 47-ci iclasında qəbul edilən qətnaməyə, İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin başçılıq etdiyi nümayəndə heyətinin işğaldan azad olunmuş ərazilərə səfərinə toxunaraq onların İslam dini abidələrinin bu cür təhqir olunmasının insanlıqla bir araya sığmadığı ilə bağlı fikirlərinə diqqət çəkir.
Məqalədə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Qarabağ ərazisində xalqımızın milli sərvəti olan dini abidələrin, məscidlərin bərpası üzrə layihəyə başlanıldığı qeyd edilir, yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki erməni işğalından zərər çəkmiş ziyarətgahların bərpası, konservasiyası və yenidən qurulmasının həyata keçiriləcəyi vurğulanır.


Müəllif onu da qeyd edir ki, “İkinci Qarabağ müharibəsində Azərbaycan prezidenti, Azərbaycan dövləti, ordusu, xalqı birləşərək bir tarix yazdı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi bu, güc, əzm, iradə, cəsarət, mətanət, milli ruh hesabına baş verdi.
Jurnalist məqaləni belə bitirir: “Çox şükür ki, biz öz əzəli torpaqlarımıza qayıtdıq. Biz Qarabağı Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyilə yenidən çiçəkləndirəcək, yaşayış üçün yararlı, turistlər üçün görməli məkana çevirəcəyik”.
Məqalə xəbər resurslarının əsas başlığında yer alıb və məscidlərin təhqir olunmasını əks etdirən fotoşəkillərlə təqdim edilib.
Yazılara bu linkdən daxil olmaq mümkündür:
https://alharir.info/%D8%AA%D8%AF%D9%86%D9%8A%D8%B3-%D8%A7%D9%84%D8%A3%D8%B1%D9%85%D9%86-%D9%84%D9%84%D9%85%D8%B3%D8%A7%D8%AC%D8%AF-%D8%A7%D9%84%D8%A3%D8%B0%D8%B1%D8%A8%D9%8A%D8%AC%D8%A7%D9%86%D9%8A%D8%A9-%D9%85%D9%88/
https://www.nile1.com/%d8%af-%d8%a8%d8%a7%d8%b1%d9%81%d8%a7%d9%86%d8%a7-%d8%a5%d8%a8%d8%b1%d8%a7%d9%87%d9%8a%d9%85%d9%88%d9%81%d8%a7-%d8%aa%d9%83%d8%aa%d8%a8-%d8%aa%d8%af%d9%86%d9%8a%d8%b3-%d8%a7%d9%84%d8%a3%d8%b1%d9%85/?fbclid=IwAR2dZ5n8poLNsVQpLmbA1QXb6TumIBYhUlFelGoo-Q5KTtSQpj2Px1-rRtcскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            297 18.05.21 18:16